“Apple” innovasiyası

Date:

Paylaş:

Başlanğıc

 “Dünənə görə narahat olmaqdansa, sabahı düşünmək  daha yaxşıdır”.

 Steve Jobs

 Apple şirkətinin innovasiya şirkəti olub-olmaması, həmçinin, trend sayılan, yoxsa sadəcə bazara keyfiyyətli məhsul təqdim edən şirkət olub-olmaması artıq uzan illərdir əsas müzakirə mövzularından biridir.

Bu məqalədə Apple şirkətinin rəsmi nümayəndəsi olmağıma baxmayaraq, tam qərəzsiz öz yanaşmamı və faktları sizinlə paylaşmağa çalışacam.

Şirkət haqqında

 Apple, bir şirkət kimi 1976-cı il aprel ayının 1-i (bu zarafat deyil) qeydiyyatdan keçirilib.

Şirkətin hal-hazırkı kapitalizasiyası 1,4 trilyon dollar səviyyəsindədir və dünyada ən dəyərli şirkətlər siyahısında Səudiyyə Ərəbistanı neft şirkətindən(1,9 trilyon) sonra 2-ci yerdə gəlir.

Bazara təqdim edilən ən populyar məhsulları- iPhone, Macbook, iPod, iPad, Apple Watch və AirPods-dur.

Şirkətin əsas gəliri iPhone cihazlarının satışından əldə olunan gəlirdir.

 

Nömrə 1- Liderlik

 Apple şirkətinin dünyada lider şirkətlərdən biri olduğu ilə bağlı mübahisə etmək sadəcə sadəlövlük olar.

Şirkətin demək olar ki, təqdim etdiyi hər bir məhsulun bazar lideri olması buna sübutdur.

Apple Watch– Klassik isveç saatlarının satış sayını belə ötməyə nail olmuşdur:

https://www.strategyanalytics.com/strategy-analytics/blogs/wearables/2020/02/05/apple-watch-outsells-entire-swiss-watch-industry-in-2019

Hal-hazırda da smart saatlar bazarının 50%-ni zəbt etməklə liderdir:

https://www.patentlyapple.com/patently-apple/2019/11/apple-watch-market-share-grew-in-q3-delivering-more-than-35-times-second-place-samsung.html

AirPods– naqilsiz qulaqcıqlar seqmentində Apple şirkəti artıq 53% bazar sahibliyi ilə liderdir:

https://www.counterpointresearch.com/global-true-wireless-hearables-market-reaches-27-million-units-q2-2019/

iPad– 27% ilə tablet (planşet) bazarının lideri olan növbəti məhsul:

https://www.appleworld.today/blog/2019/5/8/the-ipad-now-has-27-of-the-global-tablet-market

iPod– illər öncə dünyada ən populyar və satış lideri olan pleyer olmuşdur. Hal-hazırda isə mobil telefonlar pleyerin bütün imkanlarını bizə təqdim etdiyindən artıq pleyer satışının statistikası aparlımır.

iPhone– dünyada ən çox satılan 3-cü telefon markasıdır:

https://www.patentlyapple.com/patently-apple/2019/11/the-european-smartphone-market-was-the-hottest-global-market-in-q3-2019-but-not-for-apple.html

Amma 3-cü olmasına baxmayaraq, hər il ictimaiyyətə təqdim edilən yeni modellər, real il ərzində dünyada ən çox satılan model olaraq dünya lideri olurlar:

https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones

https://www.macrumors.com/2020/02/25/iphone-xr-most-popular-2019/

Apple TV– TV box cihazları arasında top 3-dədir. 19% ilə ən çox bazara sahib olan məhsuldur.

https://www.broadbandtvnews.com/2018/06/14/ott-boxes-and-smart-tvs-driving-connected-device-growth/

Apple Music– Musiqi dinləmə platforması olaraq son məlumata görə artıq top 2-də yer alır:

https://www.musicbusinessworldwide.com/apple-music-gains-global-streaming-subscription-market-share-as-spotify-holds-firm/

Siyahını uzatmaq olar, amma aydın şəkildə göründüyü kimi bazara təqdim olunan əksər məhsullar ya lider olur və ya top satış siyahısına düşür.

 

Nömrə 2- İnnovasiya

 İlk öncə ümumiyyətlə innovasiya dedikdə nəyi nəzərdə tutduğumuzu müəyyən edək.

İnnovasiya anlayışı sənət kimidir- hamı görəndə nə olduğunu bilir, lakin beş nəfərdən sənətə dəqiq bir tərif verməsini xahiş etsəniz bir çox insandan fərqli cavab alacaqsınız.

Merriam-Webster lüğətində innovasiyanın tərifi “yeni, yeni bir fikir, yeni bir metod,cihaz və ya yanaşma” kimi təyin edilmişdir.

Keçək Apple şirkətinin dünyaya bəxş etdiyi innovasiyalara:

Retina Display:

2010-ci ildə dünyada ilk ultra mobil yüksək dəqiqlikli ekran idi.

 

Geniş multitaç:

2007-ci ildə dünyaya ilk geniş funksionallı sensor ekran imkanları (sərbəst toxunma və jestlərlə ilə idarə) təqdim etdi.

 

Mikro tranzaksiyalar:

Elektron ticarət mütəxəssisləri illərlə kredit kartından xidmət haqları və əməliyyat haqqının tutulması üçün (1-2 dollar və s.) çıxış yolu axtarırdılar ki, əlavə ödəniş hesabdan çıxmasın. 2007-ci ildə Apple şirkəti iTunes vasitəsi ilə musiqi kompozisiyalarının alınması və xidmət haqqının tutulmaması kimi imkan təqdim etməyə nail oldu.

 

Force Touch(3D Touch):

Ekrana toxunuş gücünə görə və cihazın hər küncünə toxunanda fərqli əməliyyatlar icra edən bir texnologiya Apple tərəfindən 2014-ci ildə təqdim olunmuşdu.

 

AirDrop:

Böyük həcmdə məlumatın iki cihaz arasında naqilsiz və sürətlə göndərilməsi texnologiyası 2011-ci ildə təqdim olundu.

 

TouchID:

Barmaq izi ilə genişmiqyaslı əməliyyatlar icra edilməsi 2011-ci ildə iPhone 5S modelində təqdim olundu. Bundan öncə barmaq izini elə eyni ildə Toshiba markalı cihazda təqdim etmişdilər, amma bu barmaq izi ancaq ekran kilidi açmaq üçün idi. İPhone 5S-də isə barmaq izi ilə ödəniş etmək, şifrə tələb olunan əksər yerlərdə barmaq izini istifadə etmək və barmaq izinin tam məxfi cihazda saxlanması mümkün oldu.

 

CarPlay:

Avtomobili tam idarə etmək üçün 2013-cı ildə yaradılan texnologiyadır. Bu texnologiya ilə maşının demək olar istənilən əməliyyatını avtomatlaşdırmaq və idarə etmək olar. Avtomobildə olan istənilən mutlimedianı səs komandası ilə idarə və habelə çox yaxın zamanda telefon ilə maşının qapılarının açılması, işə salınması və maşın açarlarını dost və tanışlarınıza həvalə etmək kimi imkanlar da əlavə olunacaq.

 

AirPlay:

2011-ci ildə bir Apple cihazında olan məlumatı digər Apple cihazına yayımlamaq texnologiyası təqdim olundu.

 

iTunes:

iTunes, istifadəçilərə keyfiyyətli musiqi əldə etmək üçün qanuni bir yol verərək musiqi sənayesini dəyişdirdi, musiqi piratçılığının qarşısnı aldı və tamamilə yeni rəqəmsal alış ekosistemləri yaratdı.

Hansı texnologiyaların Apple tərəfindən yaradılması və ya ilk dəfə Apple cihazında təqdim olunmasına dair çoxlu qeydlər ola bilər ( misal olaraq- USB ilk dəfə iMac-da təqdim olunması, tayı-bərabəri olmayan üz tanıma sistemi olan Face İD texnologiyasının yaranması, qrafik interfeysi (GUİ -yəni kompyuter ekranında hal-hazırda qara ekranda komandaların əvəzinə şəkil və proqramları görməyimizi təmin edən) və kompyuter sıçanını(mouse) ilk tətbiq edən də Apple şirkəti olmuşdur).

 

Nömrə 3- Trend 

Sözsüz ki, hər zaman eşidirik ki, Apple hansısa funskiyanı filan şirkətdən mənimsəyib və ya əksinə, digər rəqiblər Apple şirkətinin arxasınca gedib onu təkrarlayırlar.

Əslində mən Apple-ın tərəqqi mühərriki olduğunu düşünürəm.

Əlbəttə Apple hər yeniliyi və ya funksiyanı ilk olaraq təqdim etmir, hətta əksər hallarda rəqiblərdən daha gec ictimaiyyətə təqdim edir.

Amma buna obyektiv səbəb var və bu səbəb məhsulu tam dərk edilmiş səviyyədə(bəzi istisnalar olmaq şərti ilə) istifadəçilərə təqdim etməkdən ibarətdir.

Buna bir neçə misal olaraq:

 

Üz  tanıma funksiyası

Apple-dan daha əvvəl bir neçə şirkət bu imkanı təqdim etdi, amma onda çox rahat üzü şəkil ilə aldatmaq olurdu və əsasən, ancaq telefonun kilidini açmaq üçün istifadə edilirdi.

Amma Apple bunu daha gec təqdim etsə də, daha təkmilləşdirilmiş bir FaceiD adında üz tanıma sistemini şəklində istifadəyə verdi.

Burada sistemi aldatmaq mümkün deyildi ( bir-iki istisnalar var idi onlar da həll olundu), üz tanıma sadəcə telefon kilidini açmaq üçün deyil ödəniş etmək, mobil əlavə yükləmək, sayt və mobil əlavələrdə şifrəni daxil etmək və digər sahələrdə tətbiq edilməklə ictimaiyyətə təqdim edildi. Habelə üz tanıma imkanlarının hər bir mobil proqrama əlavə edilməsi üçün proqramçılara xüsusi bir imkanlar yaradıldı.

Bu texnologiya neyron şəbəkə üzərində qurulan çətin alqoritmli unikal bir texnologiyadır.

Məlumatın göndərilməsi

Məlumatın göndərilməsi Bluetooth ilə mövcud idi, amma Apple belə məlumat göndərilməsi tərəfdarı deyildi. Səbəb isə ilk öncə təhlükəsiz olmaması, böyük həcmli məlumatın göndərilməsi çətinliyi və məlumatın gec ötürülməsi idi.

Apple buna uyğun AirDrop texnologiyasını təqdim etdi. Burada siz istənilən həcmdə məlumatı çox qısa zamanda ötürmək imkanı əldə edirsiz, həm də tam təhlükəsiz şəkildə.

Buna daha çox misal gətirmək olar.

Amma danılmaz fakt budur ki, Apple şirkətinin yenilikləri, atdığı addımlar və yaratdığı məhsullar, rəqib şirkətləri dərhal onlara fokuslanıb eynilərini təkrar etməyə sövq edir.

Əslində bu da düz addımdır, ona görə ki işlək modeli bazarda satmaq daha asandır, nəinki yeni bir model yaratmaq.

Əslində rəqibdən maraqlı məhsul və ya ideyanı mənimsəmək qəbahət deyil, bütün dünya bunu edir hətta Apple şirkətinin özü də.

Apple-ın bazara təqdim etdiyi yenilik və ya məhsulun çox vaxt dərhal məhşurluq qazandığını nəzərə alaraq, rəqiblər bazar araşdırmasına ehtiyac duymadan, əminliklə, eyni yanaşmanı məhsullarında həyata keçirirlər.

Buna misal olaraq iPhone cihazlarının dizaynının təkrarlanması(notch buna misal), barmaq izinin populyarlaşması, naqilsiz qulaqcıqların və smart saatların populyarlaşması və daha nələr-nələr….

Yəni Apple rəqiblərini dayanmadan yenilik və dəyişiklik etməyə təşviq edir.

 

Nömrə 4- Apple niyə yeniliklərdə rəqiblərdən geri qalır və gecikir?

Tez-tez qarşımıza çıxan deyimlərdən biri – Apple-ın təqdim etdiyi filan məhsul yenilik deyil, bunu artıq filan şirkət edib.

Əksər hallarda bu sözlərdə həqiqət var, amma yuxarıda qeyd etdiyim kimi buna obyektiv səbəblər var.

Buna misal olaraq bir neçə məqamı qeyd edim:

 Rəqib şirkətlər 21 və ya 18 megapiksel kamera təqdim etdiyi zaman, Apple 12 meqapiksel kamera təqdim edir.

Amma siz məsələn, 18 və ya 21 meqapikselli kamera ilə şəkil çəkdiyiniz zaman şəkliniz iPhone-da olan 12 meqapikselden daha gözəl keyfiyyət göstərməyəcək, hətta bəzi hallarda iPhone keyfiyyətdə üstələyəcək.

Kamera çəkilişindən anlayışı olanlar gözəl bilirlər ki kameranın megapikseli demək olar sadəcə rəqəmdir.

Əsas linza, diafraqma və telefonun çəkilən şəkli nə dərəcədə emal etməsidir.

Rəqiblər cihazlarına böyük rəqəmli megapiksel əlavə etməklə marketinq yanaşması edirlər, amma Apple megapiksel artırmağa cəhd etmək əvəzinə mövcud megapiskelin tənzimlənməsinə illərini ayırır.

Növbəti misal daxili yaddaş (RAM) ilə bağlıdır.

Rəqiblər 12-16 GB RAM telefonlara əlavə etdiyi zaman Apple hələ də 2-4 GB RAM istifadə edir.

Yəqin sual yaranacaq ki, Apple digər telefonlardan 3-4 dəfə gec işləyirmi?

Əlbəttdə ki yox və hətta bəzi hallarda digər cihazları üstələyir.

Burada da eyni məsələdir, Apple cihazda arxa planda gedən hər bir prosesi çox dəqiqliklə tənzimləyir ki, siz telefondan istifadə edərkən nəyisə yadınızda saxlamaq ehtiyacı duymyasınız və ilişmə ilə qarşılaşmayasınız.

İndi  sizə yəqin ki, aydın olur niyə Apple, ildə 10-15 məhsul təqdim edən rəqiblərindən fərqli olaraq məhsulu  bazara ildə bir dəfə təqdim edir ( söhbət eyni tipli məhsuldan gedir- misal telefon).

 

Nömrə 5- Müştəri yönümlü,rahatlıq və Marketinq

 Müştəriyə keyfiyyət təqdim edin, bu ən gözəl reklamdır.

 Apple şirkətini çox insan Marketing şirkəti adlandırır və bu sözlərdə həqiqət var.

Amma bu həqiqətin arxasında əlbəttə ki, keyfiyyət və müştəri amili dayanır.

 Buna misal olaraq bazara təqdim olunan məhsulların illərlə keyfiyyətini itirməməsi və müştərinin düşünülməsi qeyd oluna bilər.

 

İllərlə yenililklərdən geri qalmamaq

Şirkət daima təqdim etdiyi məhsulların ən azı 5-6 il aktual olaraq yenilik almasını və cihazların eyni anda yenilik almasını təmin etməyə çalışır. Rəqiblərdə bu məsələ tam fərqlidir, 2-3 il ərzində əsasən yenilik alınması təmin edilir və cihazın yenilik alması bir neçe ay, hətta bir il sonra gəlməsi belə normaldır.

Əlbəttə rəqiblərdə bu məsələnin belə olmasının obyektiv səbəbləri var, amma müştəri üçün bunlar maraqlı deyil. Müştəri vaxtında və daimi cihazının yenilik almasını istəyir.

 

İdeal rahatlıqda ekosistem

Apple müştərilərinə mini texnoloji dünya təqdim edir. Digər heç bir rəqibdə belə ideala yaxın ekosistem yoxdur.

Təsəvvür edin işdən çıxıb evə gedirsiz və parkovka ödənişini Apple Pay xidməti ilə Apple Card vasitəsi ilə ödəyirsiniz. Maşınınızı iPhone ilə işə salırsız, AirPods qulaqcığı ilə yolda maşındakı musiqini aktiv edə bilirsiniz, zəng gəldiyi halda Apple Watch ilə zəngə cavab verib saat ilə danışıq aparırsınız. Evə çatana yaxın HomePod-a (kolonka) komanda verirsiniz ki, məsələn, evin işıqlarını və musiqini açsın. Qaraj və evin qapısını da HomePod ilə açmaq mümkündür. Evə daxil olub Macbook-unuzun Apple Watch ilə şifrə yazmadan kilidini açmaq. iPhone-da bu gün misal fotosessiya edilmiş yüzlərlə şəkilləri 1 dəqiqə ərzində AirDrop ilə kompyutere köçürmək. Daha böyük ekranda baxmaq üçün şəkillərə AirPlay xidməti ilə Apple TV-yə şəkilləri yayım etmək və daha nələr-nələr…

Fikir verdiyiniz kimi burada demək olar hər yerdə Apple cihazı və Apple texnologiyası istifadə edilir.

Apple şirkətinin əsas missiyası – həyatda istifadə etdiyiniz hər bir xırda məqamın belə Apple şirkətinə aid olmasını istəyi.

 

Nömrə 6- Maraqlı faktlar

 Apple haqqında yəqin bilmədiyiniz və ya az məlum olan bir neçə maraqlı faktı da sizə çatdırmaq istərdim:

 Qənaət- Apple, filmdə məhsulunun nümayiş edilməsinə görə pul ödəmir, əksinə Apple şirkətinə buna görə pul ödənilir.

Növbə- 2011 ci ildə Pekində iPhone 4S modeli üçün dünyada ən böyük növbə qeydə alınmışdı- 300.000 dən çox şəxs.

Təsisçi- şirkətin yaranmasında əksər insanların düşündüyü kimi Steve Jobs və Voznyak-dan əlavə daha bir şəxs iştirak etmişdi – Ronald Ueyn. Ueyn şirkətin hətta ilk logosunu yaratdı və sonra Jobs-ın ağlasığmaz ideyalarından qorxub, öz haqqını 800 dollara satdı.

Dünyada ən bədbəxt insanlar siyahısını axtarırsızsa, əmin olun Ueyn o siyahıda üst sıralardadır.

Pozitivlik- Apple hər hansı bir filmdə onun məhsulundan ancaq müsbət personajların istifadə etməsinə icazə verir. Apple psixoloji olaraq, insanların Apple məhsulunu pis personaj ilə assosiasiya etməsinin qəti tərəfdarı deyil.

 

Nömrə 7- Nəticə

 Nəticə olaraq əlbəttdə Apple trend bir Texnoloji şirkətdir.

Amma son zamanlar Apple Biznes modeli daha çox əlavə gəlirlərə fokuslandığından, şirkət son 2-3 ildir ki yeni texnologiyalar daha az təqdim edir.

Hal hazırda Apple ƏDX-yə (Əlavə Dəyər Xidmətləri) fokuslanıb.

Bunlar aylıq abunəlik xidmətlərdir.

Apple Music- aylıq yüksək keyfiyyətli musiqi dinləmək xidməti

Apple Arcade- aylıq fərqli və rəngarəng oyunlar oynamaq, oyun daxili ödənişlər olmadan

Apple TV- aylıq maraqlı kino və seriallara baxmaq imkanı və ən əsas Apple şirkətinin çəkdiyi seriallara ekskluziv olaraq ilk baxma imkanı

Apple News- aylıq ödəniş etməklə dünyada populyar olan əksər jurnalları birlikdə oxumaq imkanı

Və digər xidmətlər….

Apple gözəl anlayır ki bir müştəriyə 1-2 ildən bir cihaz satmaq gözəldir, amma eyni müştərinin aylıq sənə müyyən qədər pul ödəməsi gəlir olaraq daha yaxşıdır…

Amma əmin olun ki, böyük ehtimalla, yaxın illərdə Apple yenidən bazarı, şok texnologiya və ya cihaz ilə fəth edəcək.

Apple şirkəti insanların nə istədiyini deyil, onların nə istəyəcəyini və bəyənəcyini bazara təqdim edir.

“Siz insanlardan nə istədiklərini soruşa bilərsiniz və sonra onlar üçün bunu edə bilərsiniz. Ancaq məhsul hazır olan zaman artıq yeni bir şey istəyəcəklər”.

Steve Jobs

Asif İbrahimov

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...