“Apple” ın icraçı direktoru olan Tim Cook, müştərilərinə öz cihazlarından daha az istifadə etməyi məsləhət gördü

Date:

Paylaş:

Smartfon istehsalçılarından biri olan “Apple” şirkətinin baş icraçı direktoru Tim Cook, TIME 100 sammitində çıxış edərkən iPhone sahiblərinə elektron cihazlardan daha az istifadə etməyi məsləhət görüb.  

Direktor bildirir ki, “Apple” şirkəti iPhone smartfonlarını fasiləsiz istifadə üçün yaratmamışdı. “Biz heç vaxt bu haqda düşünməmişik”, – deyə Cook bildirib. Eyni zamanda, o, öz smartfonunda belə push-bildirişlərini söndürdüyünü qeyd edib.

Ötən ilin iyun ayında, WWDC-nin açılış günü, şirkət yeni olan Screen Time funksiyasını təqdim etmişdir. Bu funksiya istifadəçinin iPhone və smartfona bağlı olan tətbiqlərdə keçirdiyi vaxtı ölçməyə imkan verir. Tim Cook əvvəl elə düşünürdü ki, öz cihazından kifayət qədər az istifadə edir. Lakin bu funksiyadan istifadə etdikdən sonra, haqlı olmadığını başa düşüb.

“Uşaqlar, əgər siz də iPhone istifadə edirsinizsə, sizə push-bildirişlərə nəzarət etməyi məsləhət görürəm. Mən özüm də öz smartfonumda onları söndürmüşəm, çünki bir gün özümə sual verdim: gün ərzində minlərlə bildiriş qəbul etməliyəmmi? Onlar mənim həyatımı daha dəyərli etmirlər və ya mənim inkişaf etməyimə səbəb olmurlar. Ona görə də mən onları söndürdüm”, – Tim Cook.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...