Əsas səhifə Biznes sahələri Texnologiya Apple iCloud veb-versiyasını yeniləyib: indi o daha çox bulud saxlancını xatırladır

Apple iCloud veb-versiyasını yeniləyib: indi o daha çox bulud saxlancını xatırladır

112
Paylaş

Apple,  iCloud-un yenilənmiş veb-versiyasının beta-sınağını həyata keçirib. Bu barədə MacStories yazır.

Bu elə bir interfeysdir ki, Apple-xidmətlərdən nüfuzlu cihazlara giriş olmadan istifadə etməyə imkan verir. Məsələn, qeydlər aparmaq və onlara baxmaq, poçt qutusunu və bulud yaddaşına verilmiş şəkilləri nəzərdən keçirmək.

Beta.icloud.com ünvanlı yeni versiya dizaynını dəyişib və ora yeni funksiyalar daxil edilib. Belə ki, “Qeydlər” və “Xatırlatmalar” tətbiqetmələri İOS 13 tərzində tamamlanıblar.

Bundan başqa iCloud Drive bulud saxlancı tətbiqi də yenilənib. Apple, interfeysi smartfonlara uyğunlaşdırıb – indi mobil cihazlardan “Qeydlər” və “Şəkillər”-də işləmək mümkün olacaq.

Dəyişiklik iOS 13 və ya macOS Catalina beta-versiyalarını istifadə edənlər üçün aktualdır – qalanlar üçün isə dizayn və xidmət funksionallığı hələ ki, dəyişilməyib. Yenilənmiş iCloud veb-versiyasının rəsmi buraxılışının payızda, iOS 13-ün təqdimatından sonra olacağı gözlənilir.