“Apple” in həmtəsisçisi hər kəsi “Facebook” dan imtina etməyə çağırır

Date:

Paylaş:

“Apple” in həmtəsisçisi Steve Wozniak hər kəsə “Facebook” dan imtina etməyi məsləhət görür, bunun əsas səbəbi isə istifadəçi məlumatlarının gizliliyi məsələsidir.

Onun sözlərinə görə, bəzi insanlar “Facebook” un onlara verdiyi imtiyazların qarşılığında məxfiliyin itirilməsindən qorxmur. “Mənim kimi insanlara tək məsləhətim odur ki, Facebook-dan qurtulmağın yolunu tapmaq lazımdır”.

Wozniak böyük texnologiya şirkətlərinin istifadəçilərin gizliliyini işğal etdiyindən narahatdır. “İndi onlar lazerlə ürək atışınızı ölçə, müxtəlif cihazların köməyi ilə dinləyə bilərlər. Kim bilir, bəlkə telefonum indi də dinlənilir “.

“Ona görə də çox narahatam, çünki hər birimizin gizli hesab etdiyimiz söhbətlərimiz var”.

Mütəxəssis əlavə olaraq bildirib ki, o, məlumatlarının gizliliyini qorumaq üçün müəyyən məbləğdə pul ödəməyə hazırdır.

Xatırladaq ki, ötən ildə “Facebook” ilə “Cambridge Analytica” arasında qalmaqal yaranmışdır. Əsas səbəb isə sosial şəbəkənin 50 milyon istifadəçinin məlumatlarından istifadə etməsi olmuşdur.

2018-ci ilin noyabr ayında Wozniak bildirib ki, “Facebook” insanlara məlumatların istifadəsi üçün daha çox imkanlar verməli, şəffaf rəqabəti təmin etməlidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...