Apple-ın, Google-un ilk illərindəki uğur sirrlərindən biri: Yaşdaş Mentorluğu

0
700

Məktəblərin uğurunu müəyyən edən ən mühüm xüsusiyyət nədir? Müəllim keyfiyyəti, iqtisadi şərtləri, ya da yerləşmə yeri ? Yoxsa ən böyük varlığı olan tələbələrinin öz içlərində qura biləcəyi güclü əlaqələrmi? Tələbələrin öz yaş qruplarındakı müsbət təsirinin əhəmiyyəti dərk edildiyindən bəri bütün dünyada təhsil sistemi dəyişdi. Universitetlər, liseylər, hətta məktəblər- Tələbələrin nailiyyət səviyyələrinə görə təşkil olunub. Bu tənzimləmələrlə, oxşar hədəfə və mövqeyə malik olan tələbələrin bir-birilərini müsbət istiqamətdə təsir etməsi qarşıya qoyuldu. İnsanların oxşar yaş qruplarındakı müsbət təsirinə isə yaşdaş həmrəyliyi deyildi.

Lisey yoldaşları olan Microsoft qurucuları Bill Qeyts və Pol Allen, Stanford Universitetində tanış olan Google qurucuları Sergey Brin və Larri Peyc, ya da qonşu olan Apple-ın yaradıcıları Stiv Jobs və Stiv Wozniakın dostluqları yaxın tarixdəki bu ən böyük uğurların təməlində amillərdən birinin də şübhəsiz, yaşdaş həmrəyliyi olduğunu sübut edir. Bu sahibkarlar müxtəlif ixtisas sahələrində bir-birinə sanki mentorluk etmiş və sahibkarlıq macəralarının çətin dövrlərini həmrəylik içərisində keçmişlər.

Həmyaş həmrəyliyinin son illərdəki ən fəal formalarından biri isə yaşdaş mentorluğudur. Bir tələbənin bənzər yaş qrupundakı başqa bir tələbəyə, təcrübələrini və ya ixtisaslarını ötürməsinə yaşdaş mentorluğu deyilir. Glasserin “Öyrənmə Teoremi” nə görə, insanlar oxuduqlarının 10 %-ni, gördüklərinin 50 %-ni, öyrəndiklərinin isə 95  %-ni xatırlayır.