Əsas səhifə Şirkətlər Apple, Google, Amazon “ağıllı ev” üçün əməkdaşlığa başlayıblar

Apple, Google, Amazon “ağıllı ev” üçün əməkdaşlığa başlayıblar

96
Paylaş

Apple, Google, Amazon və Zigbee Alliance yeni işçi qrup yaradırlar. Onlar “ağıllı” ev cihazları üçün vahid iş standartının yaradılması üzərində çalışacaqlar. Bu barədə şirkətlərin birgə açıqlamasında deyilir.

Layihə Connected Home over IP adlanır. Onun məqsədi – “ağıllı ev” üçün açıq qoşulma standartının hazırlanması. İstehlakçılar üçün bu o deməkdir ki, şirkətin cihaz və xidmətləri birgə işləyəcəklər və bir-birlərinə daha da şərik olacaqlar. O, həm də proqramçıların işini asanlaşdıracaq – onlar müxtəlif şirkətlərin xidmətləri ilə birgə işləyəcək cihazlar hazırlaya biləcəklər.

İşçi qrup fəaliyyətinə təhlükəsizliklə əlaqəli “ağıllı” ev cihazları üçün vahid protokolun işlənib hazırlanması ilə başlayacaq. Bura tüstü datçikləri, elektrik mənbələri və “ağıllı” kilidlər daxildir.

Başlanğıc üçün işçi qrup açıq kodla işləmə standartını yaradacaq.

Qeyd edək ki, şirkətlər digər “ağıllı” ev texnologiyaları istehsalçılarını da bu layihələrinə qoşulmağa dəvət edirlər. 2020-ci ildə qrup ilk işlərini təqdim etməyi planlaşdırır. Amma ilk məhsulların bazara nə zaman çıxacağı məlum deyil.