“Apple”ın 2020-ci ildə “iPhone” modelləri haqqında iddialar ortaya çıxmağa başlayıb.
Bizplus.az bildirir ki, “Apple”ın gələn 4 fərqli “iPhone” modeli ilə qarşımıza çıxacağı iddia edilir. Bundan başqa, “iPhone 12” seriyasının xüsusiyyətləri haqqında da bəzi ipucları ortaya çıxıb.
“JPMorgan”ın analitiki Samik Chatterjee tərəfindən irəli sürülən iddialara görə, “Apple”ın 2020-ci ildə təqdim edəcəyi 4 modelin hər biri 5G texnologiyasına və OLED ekranlara sahib olacaq. Yəni “Apple” “iPhone 11” modelində istifadə etdiyi LCD ekranı növbəti “iPhone”ların heç birində yararlanmayacaq.
Analitikin iddiasına görə, “Apple”ın gələn il təqdi medəcəyi modellərdən 2-si çox bahalı olacaq. Digər 2-si isə uyğun qiymətlə təqdim ediləcək. Bahalı modellerin ekran ölçülərinin 6,1 və 6,7 düym olması gözləntilər arasındadır. Digər modellerin ekranının 5,4, 6,1 düym olacağı deyilir.
Bahalı modellərdə, həmçinin 3D kamera texnologiyası yer alacaq. Digər “iPhone”larda isə ikili arxa kamera dizaynına sadiq qalınacaq.