Əsas səhifə Xəbərlər Digər xəbərlər “Apple” gəlirinə görə smartfonlar bazarında rekorda imza atıb

“Apple” gəlirinə görə smartfonlar bazarında rekorda imza atıb

110
Paylaş

Amerikanın “Apple” şirkəti 2019-cu ilin üçüncü rübünün yekunlarına görə smartfonlar bazarının lideri olub.

Amma şirkətin gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 11% azalıb.

Bu ilin iyul-sentyabr ayları ərzində korporasiya 12 mlrd. dollar qazanıb.

Gəlirin azalması orta büdcəli smartfonlar xəttinin genişlənməsi və bahalı cihazların istehsalının azalması ilə əlaqədardır.

Mənfəətin azalmasına baxmayaraq, Apple dünya üzrə gəlirin 32%-ni əldə edib.

Ekspertlərə görə, şirkət dünya bazarındakı lider mövqeyini hələ növbəti bir neçə ildə də qoruyub saxlayacaq.