Əsas səhifə Biznes Apple dünyanın ən bahalı brendi seçildi

Apple dünyanın ən bahalı brendi seçildi

534
Paylaş

“İnterbrand” konsaltinq agentliyi dünyanın ən bahalı brendlərinin siyahısını açıqlayıb.

apple haqqinda

Lent.az-ın xəbərinə görə, texnoloji şirkətlər siyahının üst sıralarındadır. Belə ki, dünyanın ən bahalı brendi “Apple” korporasiyasıdır. “Apple” brendinin dəyəri 184 milyard dollar məbləğində qiymətləndirilir.

İkinci yerdə olan “Google” brendinin dəyəri 142 milyard, üçüncü sıradakı “Microsoft” brendinin dəyəri isə 80 milyard dollar həcmindədir.

İlk beşlikdə qeyri-İT sektorunun yeganə təmsilçisi siyahıda 4-cü yerdə olan “Coca Cola”dır – 69,73 milyard dollar. Beşliyi 64,8 milyardlıq dəyəri ilə “Amazon” markası tamamlayır.

Siyahını tərtib edərkən “İnterbrand” azı 3 materikdə biznesi olan və gəlirinin azı üçdə birini xaricdə qazanan şirkətləri nəzərə alır.

Ən bahalı 100 brendin sıralamasında Rusiya şirkəti yoxdur.