Apple-dan yenilik: ağıllı geyim sahibini izləyəcək

Date:

Paylaş:

Apple şirkəti yeni patentə imza atıb – bu dəfə parçasında datçiklər olan ağıllı geyim hazırlanıb.

Apple sağlamlığa nəzarət etmək üçün sensorlarla təchiz olunmuş yumşaq sürüşkən zolağı təsvir edən patentə görə müraciət edib. Gadget parçaya toxumaq üçün nəzərdə tutulub.

Şirkət orqanizmin həyat üçün vacib funksiyalarına nəzarət edən texnologiyanı birbaşa geyimə tətbiq etməyi planlaşdırır. Digital Trends qeyd edir ki, artıq ağıllı Apple Watch saatları nəbzi yoxlaya və ürəyin ritmlərini çəkə bilir. Bu funksiyaları yəqin ki, ağıllı geyimə də köçürəcəklər. Digər mümkün funksiyalar arasında qan təzyiqinin, nəfəs alıb-vermə tezliyinin, həmçinin, qanda şəkərin və oksigenin səviyyəsinin ölçülməsi də var. Bildirilir ki, ağıllı geyim digər cihaza məlumatlara nəzarət etmək və onları sinxronlaşdırmaq üçün simsiz rabitə ilə qoşulacaq.

Söhbət, çox güman ki, yeni iPhone və Apple Watch-dan gedir. Cihazı səsli göstərişlərin köməyi ilə birbaşa idarə etmək də mümkün olacaq.  Parçaya toxunmuş sürüşkən material sayəsində treker daim dəri ilə təmasda olur və beləcə məlumatları rahat oxuya bilir. Ağıllı geyimin bədənə sıx yoxsa boş olacağı hələ ki bilinmir. Patent belə hesab edir ki, ağıllı geyim, elektron komponentlərin zədələnmədən yuyulması üçün davamlıdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...