Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Apple Çindən istehsalatı çıxara bilər

Apple Çindən istehsalatı çıxara bilər

373
Paylaş

Apple Inc. təchizatçıları, ÇXR-də istehsal olunan smartfonlara vergilərin 25%-ə qədər artdığı halda, iPhone istehsalını digər ölkələrə köçürə bilərlər, Bloomberg xəbər verir.

Lakin, şirkət özü istehsalın coğrafiyasını dəyişmək fikrində deyil.

Apple üçün istehsal olunan iPhone-ların çox hissəsini Çində olan Hon Hai Precision Co.(Foxconn) yığır, daha sonra isə dünya üzrə satışa buraxır.

Son vaxtlara qədər ABŞ və Çin arasındakı ticarət mübahisələri demək olar ki smartfonlara toxunmayıb. Lakin, noyabrın axırı ABŞ prezidenti Donald Tramp The Wall Street Journal-a bildirib ki, yeni idxal rüsumları iPhone və MacBook da daxil olmaqla Apple məhsullarına təsir göstərə bilər.

İyun ayında prezident administrasiyası Apple şirkətinə onun məhsullarını istisna edəcəyini vəd edib. Belə bir istisna olmadıqda, şirkət artıq yüksək olan qiymətləri qaldırmaq məcburiyyəti qarşısında qalacaq ki, bu da satışın və maliyyə göstəricilərin pisləşməsi deməkdir.

RBC analitiklərinin qiymətləndirilmələrinə görə, Apple məhsullarına 10% səviyyəsində verginin tətbiqi, hər bir səhm üzrə qazancı yalnız $1 qədər azaldacaq. Apple-ın bu il üçün isə mənfəət proqnozu hər səhm üçün $13,32 təşkil edir.

Lakin, Apple məhsullarına 25% -lı vergi tətbiq olunduğu halda, mənfəət hər səhm üçün $2,5 azalacaqdır.

Yaydan bəri, ABŞ Çindən ildə $50 milyard dəyərində mal idxalına 25% -lik vergi tətbiq edib. Sentyabrın 24-dən etibarən isə ABŞ, $200 milyard dəyərində Çin mallarının üzərinə 10%-lik vergi tətbiq edib, gələn ilin əvvəlindən isə onu 25% -ə qədər artırılması planlaşdırılır.

Dekabrın 1-də Buenos-Ayresdə ABŞ-ın və Çin Xalq Respublikasının rəhbərləri, G20 çərçivəsində keçirilən görüşdə, $200 milyard dəyərində Çin mallarının üzərinə 10% əvəzinə 25% -lı verginin tətbiq edilməsini 90 günə dondurmaq razılığına gəliblər.

90 gün ərzində tərəflər müvafiq razılaşma əldə etməlidirlər. Əgər bu baş tutmasa, 25%-lik vergilər qüvvəyə minəcək.