Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Apple” Çindəki mağazalarını müvəqqəti bağlayır

“Apple” Çindəki mağazalarını müvəqqəti bağlayır

42
Paylaş

“Apple” 9 fevral tarixinə kimi Çindəki ofis və oflayn-mağazalarını bağlayır. Onlayn-mağazalar isə həmişəki rejimlə işləməkdə davam edəcəklər.

Şirkətdən açıqlama verərək bildiriblər ki, bu addımı koronavirusun yayılması təhlükəsinin qarşısını alamq üçün atıblar. Onlar eyni zamanda bütün zərərçəkənlərə də dəstəklərini ifadə ediblər.

“Apple”vəziyyətə nəzarət edib tez bir zamanda yenidən mağazalarını açacağına söz verib.

The Verge vurğulayır ki, “Apple”ın, tərəfdaşı Foxconn şirkətinin idarə etdiyi Çindəki istehsalı davam etdirib-etdirməyəcəyi hələ ki məlum deyil.

Qeyd edək ki, Çindəki fəaliyyətlərini Starbucks, Honda, Nissan kimi şirkətlər də müvəqqəti dayandırıblar.