Apple 300 milyon dollarlıq mikrosxem istehsalçısı İngilis Dialog Semiconductorun hissəsini satın alıb. Dialog Semiconductor, önümüzdəki üç ildə komponentlərin tədarükü üçün təxminən 300 milyon dollar ödəyəcək. Bu barədə CNBC məlumat verib.
ABŞın Çinə qarşı elan etdiyi ticarət müharibəsi səbəbindən Apple komponentlərin tədarükünü diversifikasiya etməyə məcburdur. Dialog Semiconductor mikrosxemləri xüsusilə AirPods qulaqlıq və Apple Watch istehsalında istifadə ediləcək.
Daha öncə Apple, Çin mallarına tətbiq edilmiş rüsum səbəbiylə cihazların qiymətində artım ola biləcəyini xəbərdar etmişdi. «Apple cihazlarının qiymətləri Çinə tətbiq edilmiş yüksək rüsumlar səbəbindən artacaq, ancaq sadə bir həll var: mallarınızı Çində deyil, ABŞ-da istehsal edin. İndidən zavodlarınızı tikməyə başlayın. Möhtəşəm!»- ABŞ prezidenti Donald Tramp Twitter hesabından yazıb.