Əsas səhifə Biznes sahələri Texnologiya Apple bu cihazdan ildə 25 milyard dollara yaxın pul qazana bilər

Apple bu cihazdan ildə 25 milyard dollara yaxın pul qazana bilər

595
Paylaş

İT bazarının mütəxəssisləri “Apple” korporasiyasının “ağıllı” eynəklərinin satış rekordları əldə edəcəyini proqnozlaşdırır.

Məlumata görə, 2018-ci ildə cihazı əldə etmək imkanı yaranacaq.

Güman edilir ki, smart-eynəklər “iPhone”u da ötəcək və gələn il “Apple”ın ən populyar cihazı olacaq. Bəzi analitiklər əmindir ki, tərtibatçılar keyfiyyətli məhsul hazırlayıblar və smart-eynəklər “Apple Watch”u da geridə qoyacaq. Şirkət bu cihazdan ildə 25 milyard dollara yaxın pul qazana bilər. “Ağıllı” eynəklərin populyarlıq piki isə 2019-cu ilin ortalarına təsadüf edəcək.


lent.az