“Apple” artıq 2020-ci ildə yeni tip ekran texnologiyası tətbiq edəcək

Date:

Paylaş:

“Apple” şirkətinin bəzi qurğuları artıq gələn il yeni tip displeylərlə təchiz ediləcək. Qeyri-rəsmi məlumatlara görə, “Apple Watch” smart saatının displeyi “microLED”, “iPhone” smartfonunda “ProMotion” texnologiyasına əsaslanacaq.

İndi “Apple Watch” smart saatında “LG Display” tərəfindən tədarük olunan “OLED” panellər quraşdırılır. “Economic Daily News” nəşri yazır ki, 2020-ci ildə sözügedən qurğular “microLED” displeylərlə təchiz ediləcək.

“microLED” texnologiyası ilə hazırlanmış ekranlar maye kristal və OLED displeylərlə müqayisədə daha incə, daha parlaq və enerji baxımından səmərəlidir. Eyni zamanda sözügedən texnologiya üzrə ekran istehsalı daha baha və çətin başa gəlir.

2020-ci ildə təqdim olunacaq “iPhone” smartfonunun displeyi isə “ProMotion” texnologiyası ilə təchiz ediləcək. Bu sistem qurğularda təsvirin yenilənməsi üçün dəyişən tezliklə (60/120 Hers) təmin edir ki, bu da məhsuldarlığı və avtonom iş vaxtını yüksəldir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...