Əsas səhifə Xəbərlər Biznes xəbərləri Apple, Amazon və Google dünyanın ən bahalı brendləri oldular – 500 mlrd....

Apple, Amazon və Google dünyanın ən bahalı brendləri oldular – 500 mlrd. dollar

168

Apple, Amazon və Google dünyanın ən bahalı brendləri oldular. Birlikdə 500 milyard dollar dəyərindədirlər.

Interbrand agentliyi dünyanın ən bahalı brendlərinin sıralamasının yeni nəşr edib. Bu dəfə də, əvvəlki illərdə olduğu kimi, ilk sıranı Apple markası tutub, lakin 2018-ci ildə onun qiymətləndirməsi 200 milyard dolları keçib. Apple-dan sonra isə Amazon və Google gəlir , sırayla 155 və 101 milyard dollar dəyərində qiymətləndiriliblər.

Dünyadakı ən bahalı brendlərin ilk onluğunda, altı iştirakçı texnologiya şirkətlərinin markalarıdır. Ümumilikdə reytinq markalarının yarıdan çoxu beş əsas kateqoriyaya aiddir: texnologiya, avtomobil, FMCG, maliyyə xidmətləri və lüks mallar.

Bu ilin 10 sıralaması belə görünür:

1.Apple (214 milyard dollar)

2.Google (155 milyard dollar)

3.Amazon (101 milyard dollar)

4.Microsoft (93 milyard dollar)

5.Coca-Cola (66 milyard dollar)

6.Samsung (60 milyard dollar)

7.Toyota (53 milyard dollar)

8.Mercedes-Benz (49 milyard dollar)

9.Facebook (45 milyard dollar)

10.McDonald’s (43 milyard dollar)

Reytinq təyin edilməsi üçün agentlik şirkətlərin maliyyə göstəricilərini, eləcə də markanın gücünü qiymətləndirir. Brendlərin dəyişən müştəri tələblərinə cavab vermə qabiliyyəti eyni dərəcədə vacibdir.

Apple və Google, artıq altıncı il arda-arda ki liderliyi əldən vermirlər.  Eyni zamanda, ötən il ilk 100-lükdə  olan markalar bu il bu reytinqə daxil olmayıblar- Tesla, Thomson Reuters, Moet & Chandon və Smirnoff. Həmçinin bu il reytinqə yeni qoşulanlarda oldu- Spotify, (92-ci yerdə) və Subaru (100-də) . Amazon  ən sürətlə inkişaf edən marka oldu – ildən-ilə reytinq 56% artıb.

Xatırladaq ki, ötən il reytinq sırasına Apple, Google və Microsoft rəhbərlik etmişdir.