“Apple” ABŞ-ın “Xəritə”sindən ibarət tətbiqi yeniləyib

Date:

Paylaş:

“Apple” bildirib ki, ABŞ-da  “Xəritələr” tətbiqinin yenilənməsini başa çatdırıb. Burada şəhərlər, piyada keçidləri, üçölçülü binalar, parklar, hava limanları və digər istiqamətləndiricilər təsvir olunub.

“Apple” qeyd edir ki, xəritənin detallaşdırılmasından başqa, naviqasiya sistemi də təkmilləşdirilib və aşağıdakı funksiyalar əlavə olunub:

Look Around. Bu, küçələrin detallı mənzərəsinin və 360 dərəcədə görüntülənmə rejimidir.

Kolleksiyalar. İstifadəçilər xoşladıqları və maraqlandıqları yerlərin siyahısını hazırlayıb onu başqalarına göndərə bilərlər.

Seçilənlər. Xəritənin panelində istifadəçinin seçdiyi yerlərdən və bir toxunuşla istiqamət almaq imkanından ibarət nişan görünür.

“Xəritə”nin digər funksiyaları:

Real vaxtda ictimai nəqliyyatla bağlı məlumat. “Xəritələr”ə ətraflı cədvəl və avtobuslarla metro xətləri əlavə olunub. Bundan başqa, nəqliyyatdan istifadə etməklə istiqamət almaq imkanı və göndərmə vaxtı da yeni funksiyalar sırasındadır.

Təxmini çatma vaxtının göndərilməsi. Göndərişi qəbul edənlər istifadəçinin hərəkətinə nəzarət edə bilirlər, “Xəritələr” isə real vaxt rejimində tıxaclarla bağlı hesabat taymerini yeniləyir.

Reys statusu. “Xəritələr” kalendarı, istifadəçinin Wallet və poçtunu skan etmək üçün Siri-dən istifadə edirlər. Bununla uçuş vaxtını, terminalın nömrəsini və növbəti reyslə bağlı digər məlumatları göstərirlər.

Ticarət mərkəzləri və hava limanları üçün məkan xəritələri. Onlarda mağazaların statusu, istirahət yeri və binaların mərtəbələri təsvir olunur.

Təbii dildə ifadə olunma. Səsli naviqasiyada səsləndirilmə üçün Siri diyircəyindən istifadə olunur – bu, istifadəçinin naviqasiyasını və “Xəritələr”lə qarşılıqlı fəaliyyəti asanlaşdırır.

Flyover – yüksəklikdən gəzməli-görməli yerlərə baxış.

Apple bildirir ki, “Xəritələr” istifadəçi haqqında məlumatlar toplamırlar: tətbiq giriş üçün Apple ID tələb etmir, təxmini çatma vaxtı kimi funksiyalar isə cihazın özündə emal olunur. “Xəritələr”in topladığı istənilən məlumatlar mütəmadi olaraq sıfırlanan təsadüfi təyinedicilərin köməyi ilə formalaşırlar.

Apple 2019-cu ildə ABŞ Konqresinə yazdığı məktubda bildirib ki, yeni Apple Maps versiyasının işlənməsinə 2012-ci ildən “milyardlarla dollar” xərcləyib. Şirkət xəritələri bütün dünya üzrə yeniləməyi düşünür. Yeni xəritələrin Avropada yerləşdirilməsi 2020-ci ilin sonları başlayacaq. Bunu Apple-ın proqram təminatı üzrə vitse-prezidenti bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...