Apple ABŞ iqtisadiyyatına 350 milyard dollar kömək edəcək

0
691
tim cook

ABŞ-ın texnologiya nəhəngi Apple, gələcək 5 ildə Amerika iqtisadiyyatına 350 milyard dollar töhfə verəcəyini bildirib.

“Marja” xəbər verir ki, dünyanın bazar dəyəri ən yüksək şirkəti olan Apple-dən verilən açıqlamada, şirkətin  məşğulluq, xərc və investisiya planları sayəsində gələcək 5 ildə ABŞ iqtisadiyyatına birbaşa 350 milyard dolların üzərində dəstək verəcəyi bildirilib.

Açıqlamada, şirkətin, amerikalı tədarükçülərə və istehsalçılara ödənişlərinin və yeni investisiyaların bu il 55 milyard dollar olacağı qeyd edilib.

Gələcək 5 ildə Apple-ın edəcəyi sərmayənin 30 milyard dollar olacağı məlumatına yer verilən açıqlamada, şirkətin ABŞ-dakı məlumat mərkəzlərinə 10 milyard dollar, “İnkişaf Etmiş Emal” adlı fonda da 5 milyard dollar verəcəyi qeyd edilib.

Həmçinin açıqlamada, Apple-ın ABŞ xaricindəki gəlirlərinin bir hissəsini ölkəyə gətirməsi çərçivəsində Amerika hökumətinə təxminən 38 milyard dollar vergi ödəyəcəyi məlumatı verilib.

Açıqlamada, şirkətin gələcək 5 ildə Amerika iqtisadiyyatında 20 min nəfərlik yeni məşğulluq yaradacağı bildirilib.

Şirkətin hazırda ABŞ-ın 50 ştatında cəmi 84 min işçisinin olduğunun qeyd edildiyi açıqlamada, Apple-ın ölkə daxilində təxminən 9 min tədarükçü şirkətlə çalışdığı bildirilib.

Açıqlamada, şirkətin ABŞ daxilində texnologiya və proqramlaşdırma təhsillərinə də dəstək  verməyə davam edəcəyinə diqqət çəkilərkən, Apple-ın əməliyyat sistemi iOS və uyğun proqramların 2017-də ABŞ iqtisadiyyatında 1,6 milyon nəfərlik məşğulluq və 5 milyard dollarlıq gəlir yaratdığı vurğulanıb.