Əsas səhifə Biznes sahələri Texnologiya “Apple” 5 milyard dollarlıq mənzil-qərargahı tikdirir

“Apple” 5 milyard dollarlıq mənzil-qərargahı tikdirir

676
Paylaş

ABŞ-ın “Apple” korporasiyası özünün yeni mənzil-qərargahının tikintisini yekunlaşdırır. 

İstifadəçilər tərəfindən “YouTube”da yerləşdirilmiş videoyazıya əsasən demək olar ki, inşaatçılara ancaq son ştrixləri yerinə yetirmək qalır.

“Apple” öz korpusunun bir hissəsini ictimaiyyətə nümayiş etdirib. Yeni binanın inşasının xərcləri 5 milyard dollar dəyərində qiymətləndirilir. Otaqların böyük hissəsinə giriş bağlıdır.

Sentyabrın 12-də keçirilən “iPhone” smartfonunun təqdimatında oranı ziyarət edən jurnalistlər və analitiklər Stiv Cobsun xatirəsinə adlanan yeni auditoriyada qeyd ediblər ki, mənzil-qərargahın əsas korpusunun forması kosmik gəmini xatırladır.

©Lent