“Apple” şirkəti 2019-cu ilin payızında 3 yeni “iPhone” təqdim edəcək.
“Bizplus.az”-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” yazıb.
Məlumatlara əsasən, yeni modellər üç arxa kameraya sahib olacaq. Digər iki model isə ənənəvi iki kameralı olacaq.
Bundan başqa, “Apple”ın LCD-ekran texnologiyasına sadiq qalacağı bildirilib.
Şirkət bu məlumatlar barədə şərh verməyib.
Xatırladaq ki, ötən ilin payızında da “Apple” 3 model – iPhone XS, iPhone XS Max и iPhone XR – modellərini, eləcə də Apple Watch 4 saatını təqdim etmişdi.