Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Apple” 2020-ci ildə beş yeni iPhone təqdim edəcək

“Apple” 2020-ci ildə beş yeni iPhone təqdim edəcək

41

Bütün  Apple 2020 smartfonları millimetr diapazonunda  və 6 GHz-dən az etiketli 5G NR radiotezlik modullarına malik olacaq. Smartfonlar arasında fərq proqnozu dəyişməyib: 4,7 dyümlük LCD-model, 5,4 dyümlük model, 6,1 dyümlük ( ikiqat arxa kameralı), 6,1 dyümlük (üçqat arxa kameralı) və 6,7 dyümlük versiyalar.

Millimetr diapazon dəstəkli 5G modemində Apple həm  standart Sub-6 GHz diapazonundan,həm də Sub-6 GHz+ -dan istifadə edəcək.

5G dəstəkli smartfonlar 2020-ci ilin ya üçübcü rübünün sonlarında ya  da dördüncü rübünün əvvəllərində buraxılacaq. Amma iPhone SE-nin kiçik ekranlı varisi artıq mart ayında görünəcək.

Sub-6 GHz və mmWave rabitə texnologiyaları dəstəyinin əlavə edilməsi sayəsində Apple analitiki Go Minxao iPhone 2020-dən bu ildə 80-85 cihaz satılacağını gözləyir. Bu 2019-cu ildə iPhone 11 seriyası üçün satılan 75 milyon cihazdan daha çoxdur.

Qeyd edəki ki, dekabrda, daha bir analitik, Min-Çi Kuo 4 yeni iPhone modeli və  gələcəkdə isə iPhone SE 2 büdcə modeli barədə anons edib.