“Apple” 1-ci yerdən 17-yə düşdü, “Amazon”, “Google”, “Facebook” siyahıda yer almadı

Date:

Paylaş:

Daha əvvəlki illərdə siyahıda ön pillələrdə olan “Amazon”, “Google”“Facebook” kimi nəhəng şirkətlər bu il 50-likdə yer ala bilməyib.

Hər il nəşr olunan “Dünyanın Ən Yenilikçi Şirkətləri” siyahısında “Apple” isə birinci yerdən tam 16 pillə geriləyərək 17-ci sıraya düşüb.

“Fast Company” tərəfindən nəşr olunan “Dünyanın Ən Yenilikçi 50 Şirkəti 2019” siyahısında zirvənin yeni sahibi Çin mərkəzli texnologiya şirkəti “Meituan Dianping” olub. “Meituan Dianping” yemək, otel və kino bileti kimi xidmətlərin rezervasiya və çatdırılmasını sürətləndirən texnologiya platforması olaraq fəaliyyət göstərir.

“Dünyanın Ən Yenilikçi Şirkətləri” siyahısında 2018-ci ildə zirvədə “Apple”, 2017-ci ildə “Amazon”, 2016-cı ildə “Buzzfeed”, 2015-ci ildə “Warby Parker”, 2014-cü ildə “Google”, 2013-cü ildə “Nike”, 2012və 2011-ci illərdə “Apple, 2010-cu ildə Facebook, 2009-cu ildə “Team Obama”, 2008-ci ildə isə “Google” şirkətləri olub.

2019-cu ildə isə siyahının ardıcıllığı belə olub: 1 – “Meituan Dianping”, 2 – “Grab”, 3 – “NBA”, 4 – “The Walt Disney Company”, 5 – “Stitch Fix”, 6 – “Sweetgreen”, 7 – “Apeel Sciences”, 8 – “Square”, 9 – “Oatly”, 10 – “Twitch”, 11 – “Target”, 12 – “Shopify”, 13 – “AnchorFree”, 14 – “Peloton”, 15 – “Alibaba Group”, 16 – “Truepic”, 17 – “Apple”, 18 – “Unity Technologies”, 19 – “Domino’s”, 20 – “Plaid”, 21 – “Universal Music Group”, 22 – “Airtable”, 23 – “Lineage Logistics”, 24 – “Kano”, 25 – “Winc”, 31 – “Arterys”, 32 – “Alnylam Pharmaceuticals”, 33 – “Beautycounter”, 34 – “Sonder”, 35 – “Indigo Ag”, 36 – “Nubank”, 37 – “GOAT”, 38 – “Snøhetta”, 39 – “African Leadership University”, 40 – “Fanatics”, 41 – “Unmade”, 42 – “Modern Fertility”, 43 – “Rocket Lab”, 44 – “A24”, 45 – “Teachers Pay Teachers”, 46 – “Ammunition”, 47 – “Sesame Workshop”, 48 – “Acorns”, 49 – “Mozilla”, 50- “Punch Bowl Social”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...