Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri App Annie analitik şirkəti dizaynını yeniləyib

App Annie analitik şirkəti dizaynını yeniləyib

74
Paylaş

Analitik App Annie şirkəti dizaynını yeniləyib və yeni alətlərin inkişafı üçün Libring platformasını əldə edib. Şirkət, müştərilərə təkcə tətbiqlərin analitikasında deyil onların təşviqatına qoyulan sərmayənin geri qaytarılmasında da kömək edəcəyinə söz verir.

App Annie-nin yeni loqotipi

Libring-i əldə etmək App Annie-yə reklam analtikasını və  mobil tətbiqlər üzrə statistikanı birləşdirməyə imkan verir. Müştərilər bir platforma daxilində öz tətbiqlərinin göstəricilərini rəqiblərinki ilə müqayisə edə və onların təşviqatının effektivliyinə nəzarət edə bilirlər.

App Annie belə göstəricilərin analitikası üçün müştərilərə, onların cəlb edilməsinin dəyəri (CAC), bütün zamanlara görə bir istifadəçidən gələn gəlir göstəricisi (LTV), reklama gedən xərclərin geri qaytarılması (ROAS) və başqa bu kimi yeni alətlər vəd edir.