Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi aşkarlanıb

Antisanitar şəraitdə fəaliyyət göstərən qənd sexi aşkarlanıb

51

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, Yoncalı yaşayış massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Rüfət Seyfəddin oğluna məxsus “Qidam” əmtəə nişanlı qənd istehsalı sexinə baxış keçirilib.

AQTA-dan verilən məlumata görə, ilkin baxış zamanı müəssisədə texniki reqlamentlərin və  qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Müəssisənin  istehsal və anbar sahələrinə baxış zamanı istifadə olunan avadanlıqların  paslandığı və kifləndiyi aşkar olunub.

Həmçinin sexdə qablaşdırma sahəsi ilə eyni yerdə yerləşən anbarda qəndin çirklənməsinin qarşısınının alınması məqsədi ilə hər hansı tədbir görülmədiyi müəyyən edilib.

Müəssisənin yararsız vəziyyətdə olan döşəməsində su yığıldığı və bunun da patogen mikroorqanizmlərin inkişafına  və bioloji çirklənməyə yol açdığı müşahidə olunub.

Eyni zamanda məlum edilib ki, texnoloji prosesin sonunda doğranmış qənd ələkdən keçirilərək antisanitar vəziyyətdə olan plastik yeşiklərə qoyulur.

Aşkar olunan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına və satılmasına görə müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, qənd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Rəy bildir

Please enter your comment!
Please enter your name here