Əsas səhifə Biznes sahələri Texnologiya Android yenilənmələri istifadəçinin iştirakı olmadan avtomatik şəkildə reallaşdırılacaq

Android yenilənmələri istifadəçinin iştirakı olmadan avtomatik şəkildə reallaşdırılacaq

53
Paylaş

Android əməliyyat sisteminin mütəmadi yenilənmələri smartfonun təhlükəsizliyini yaxşılaşdırır və bir çox hallarda Android-ə yeni funksiyalar əlavə edir. Lakin çox zaman həmin yenilənmələrin reallaşdırılması üçün istifadəçinin iştirakı tələb olunur. Belə ki, əməliyyat sisteminin yenilənməsi üçün istifadəçi smartfonu blokdan çıxartmalı və yenilənməni təsdiqləməlidir. Yaxın zamanda isə bu vəziyyət dəyişə bilər. Belə ki, Android-in yeni funksiyası smartfonlarda yenilənmələrin yüklənməsi prosesini avtomatlaşdırmağa imkan verəcək. Bu barədə 9to5google saytı xəbər verib.

Adətən Android smartfonların yenilənməsi zamanı əməliyyat sistemi smartfon sisteminə inteqrasiya edilmiş Dalvik adlı virtual hissənin keşini təmizləyir. Daha sonra isə sistem onu bərpa edir ki, smartfonda olan tətbiqlər düzgün şəkildə çalışa bilsinlər. Yenilənmə zamanı isə yeni faylların yüklənməsi istifadəçiyə sərgilənir. Smartfonun hər dəfə yenidən avtomatik şəkildə işə salınması halında təhlükəsizliyin qorunması üçün istifadəçidən PIN kodun yazılması və ya biometrik identifikasiyadan keçməsi tələb olunur.

Bu problemi isə Android Open Source Project layihəsində olan Resume on Reboot adlı funksiya ilə aradan qaldırmaq planlaşdırılır. Bu funksiya sayəsində əməliyyat sisteminin yenilənməsini, smartfonun təkrar işə salınmasını və istifadəçinin iştirakı olmadan smartfonun blokdan çıxarılmasını reallaşdırmaq olar. Bu halda Android istifadəçinin PIN kodunu və ya biometrik identifikasiya məlumatını bir neçə müddətlik yaddaşında saxlayacaq və yenilənmələr paketinin quraşdırılması zamanı smartfonun blokdan çıxarılması üçün onlardan istifadə edəcək.

İstifadəçi bu funksiyanı aktivləşdirəndən sonra smartfon gecə ərzində yenilənmələri yükləyə və səhər artıq istifadəyə hazır şəkilə gələ bilər. Bəzi məlumatlara əsasən bu yeni funksiya Android 11 əməliyyat sistemində reallaşdırılacaq. Lakin heç istisna deyil ki, Google şirkəti bu funksiyanı Android-də daha tez reallaşdırsın. Artıq məlumdur ki, Resume on Reboot funksiyasını ilk əldə edəcək smartfonlar Pixel 4 seriyasına daxil olan smartfonlar olacaqlar. Belə ki, şirkət yeni funksiyanın testini Pixel 4 smartfonları üçün təsdiqləyib.