Əsas səhifə Biznes sahələri Texnologiya Android Q’yə bildirişlər panelinin jestlərlə işə salınması funksiyası əlavə olunacaq

Android Q’yə bildirişlər panelinin jestlərlə işə salınması funksiyası əlavə olunacaq

24

İnternetdə Android Q əməliyyat sistemində olacaq yeniliklər barədə məlumatlar ortaya çıxmağa davam edir. Beləliklə XDA-Developers saytının verdiyi məlumata əsasən yeni əməliyyat sisteminin 5-ci beta versiyasına bildirişlər paneli ilə sürətli ayarlar bölməsinin jestlər vasitəilə işə salınması funksiyasının əlavə olunacağını bildirib. Bu barədə Gagadget saytı xəbər verib.

Bunun üçün istifadəçi smartfon ekranının istənilən hissəsində öz barmağı ilə aşağı istiqamətə swype etməli olacaq. Qeyd etmək lazımdır ki, bu cür funksiya artıq uzun müddətdir ki, MIUI və OxygenOS interfeyslərində mövcuddur. Hələki məlum deyil ki, Google bu yeni funksiyanı əməliyyat sistemi səviyyəsində və ya yalnız Pixelsmartfon modellərində reallaşdıracaq. Android Q-nün stabil versiyasının bu ilin üçüncü rübündə işıq üzü görəcəyi güman edilir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here