Əsas səhifə Biznes sahələri Texnologiya “Android” istifadəçilərinin mesajlarına müdaxilə üsulu tapılıb

“Android” istifadəçilərinin mesajlarına müdaxilə üsulu tapılıb

75
Paylaş

“Android” sistemi üçün minlərlə proqramda aşkar edilmiş boşluq istifadəçinin fayl və mesajlarına müdaxilə etməyə imkan verir. Bu haqda “TrendMicro” şirkətinin mütəxəssisləri məlumat veriblər.

Problem “Android” sistemində minlərlə proqram tərəfindən “gif” formatlı şəkillərin işlənməsi üçün istifadə edilən “android-gif-drawable” paketinə daxil olan kitabxanaya aiddir. Boşluq bir neçə həftə əvvəl aradan qaldırılıb, ancaq bir çox proqramların paketi hələ yenilənməyib.

Məlumata görə, “Google Play” mağazasında istifadəçilər üçün təhlükəli ola bilən 3 mindən çox tətbiq qeydə alınıb.