Əsas səhifə Biznes sahələri Texnologiya Android 10-un çıxış tarixi məlum olub

Android 10-un çıxış tarixi məlum olub

67
Paylaş

Keçən həftə Google şirkəti Android əməliyyat sisteminin rebrendiqini keçirtdi. İndi isə yeni əməliyyat sistemi olacaq Android 10-nun çıxış tarixi məlum oldu. Məsələ burasındadır ki, əməliyyat sisteminin yeni versiyasının çıxış tarixini hər kəs öyrənə bilərmiş. Bunun üçün sadəcə olaraq şirkətə müraciət etmək lazım imiş.

     Bu barədə Phonearena saytı xəbər verib. Belə ki, istifadəçilərdən biri Google şirkətinin dəstək xidmətindən Android 10 əməliyyat sisteminin, onun Pixel 3a smartfon modelinə nə zaman çıxacağını soruşub. Şirkət əməkdaşı isə bildirib ki, Android 10 gələn həftənin çərşənbə axşamından (3 sentyabr) başlayaraq istifadəçilərə təqdim olunacaq.

     Android-in yeni versiyasını ilk öncə bütün Pixel smartfon modellərinin istifadəçiləri əldə edəcəklər. Qeyd etmək lazımdır ki, yeni Android versiyası sadəcə olaraq Android 10 adlanır və bu ildən başlayaraq Google şirkəti əməliyyat sisteminin hər bir yeni verisyasının adlandırılmasında sadəcə rəqəmlərdən istifadə edəcək.