Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Andreessen Horowitz” vençur fondunun koronavirusla mübarizə yolu

“Andreessen Horowitz” vençur fondunun koronavirusla mübarizə yolu

12
Paylaş

Amerikanın vençur fondu Andreessen Horowitz ofisdə əl sıxmağı (əl verib görüşmək) qadağan edib. Business Insider yazır ki, onlar bu addımı koronavirusun yayılmasının qarşısını almaq üçün atıblar.

Ofisin qapısında elan asılıb: “Koronavirusla əlaqədar olaraq, zəhmət olmasa əl sıxmayın! Çox sağolun”.

Bu, epidemiyaya qarşı ölçülər götürən ilk belə iri şirkət deyil. Ondan qabaq LG və ZTE  beynəlxalq konfranslarda iştirak etməkdən imtina ediblər, çin firmaları isə əməkdaşlarını evdən işləməyə çağırıblar.