Analitiklər: Kriptovalyutalara sərmayələr təhlükəlidir

Date:

Paylaş:

Hazırkı vəziyyətdə kriptovalyutalara investisiyanın yatırılması təhlükəlidir. “Report” xəbər verir ki, belə bir nəticəyə “RİA Novosti” agentliyinin analitiklər arasında apardığı sorğunun nəticələri əsasında gəlinib. Analitiklər buna səbəb kimi kriptovalyuta bazarında “köpük” əmələ gəldiyini və perspektivdə bazarın sərt qaydalarla tənzimlənəcəyini göstəriblər.

“Bitkoin və digər kriptovalyutalara investisiyadan çəkinməyi tövsiyə edirik. Belə ki, hazırda KİV-də onlara maraq artırılır. Sektorda spekulyativ şərait yaranıb və “itirilən fürsət sindromu” halı hökm sürür. Kriptovalyutaların qiymətinin bu qədər sürətlə artmasının fundamental əsasları olmadığını düşünürük”, – deyə İsveçrənin “Julius Baer” bankının strateji araşdırmalar və gələcək dövrün problemləri üzrə analitiki Alberto Peruççini (Alberto Perucchini) bildirib.

A.Peruççini kriptovalyutaların, demək olar ki, real iqtisadiyyatla əlaqələrinin olmadığını, 500 iri pərakəndə satış mağazaları şəbəkəsindən yalnız 3-nün bitkoini ödəniş vasitəsi kimi qəbul etdiyini, ötən il isə belə mağazaların 5 vahid olduğunu xatırladıb.

Rusiyanın “Prime Capital” investisiya şirkəti Direktorlar Şurasının sədri Roman Lıkov isə hazırda 150 mlrd. ABŞ dolları dəyərində olan kriptovalyuta bazarının kapitallaşmasının 500 mlrd. dollara qədər yüksələcəyini və yalnız bundan sonra “köpük”dən söz etmənin mümkünlüyünü düşünür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...