“Ace Securities” araşdırma bölməsində işləyən yapon analitik Hideki Yasuda “Sony” şirkətinin yeni nəsil oyun konsolunun buraxılacaqğı tarix və ilkin mərhələdəki qiyməti barədə öz fikirlərini bölüşüb. O belə hesab edir ki, “PlayStation 5” 2020-ci lin noyabrında bazara çıxacaq, qiyməti isə 500 dollar olacaq.
Bu məlumat, PS5-in qiymətinin Avrpoa regionunda 499 dollar olacağı barədə əvvəllər də verilmiş məlumatlarla üst-üstə düşür. Qeyd edək ki, “PlayStation 4” satışa başlayanda qiyməti 399 dollar olub. Qiymətdəki fərq aparat təminatındakı müxtəlifliklərlə əlaqəli ola bilər. Artıq məlumdur ki, yeni məhsul 8K formatı dəstəyinə, tamhəcmli səslənməyə malikdir və daxili keçirici kimi isə SSD-dən istifadə edilir.Bəzi məlumatlara görə, konsolun “PS4”-lə uyğunluğu var və bu da vacib faktordur.
Analitik həmçinin bildirib ki,”PS5” in satışları uğurlu olacaq.O, belə hesab edir ki, ilk il “Sony” yeni nəsil konsolun 6 milyon nümunəsini təqdim edəcək. “PS4”-də isə bu göstərici 15 milyon olub. Analitikin açıqlamasında qeyd olunur ki, ikinci il “PS5”-in satışı mövcud tədarük həcminə uyğun olacaq. Hissə olaraq 15 milyon nümunə, tam olaraq isə ilk iki ildə 21 milyon konsol olacaq. Bu nəticələrin PS4-ün satış prosesində əldə olunandan aşağı olmasına baxmayaraq, “Sony” bundan məmnun olacaq.
Bundan başqa, Yasuda bu yaxınlarda elan edilən Google Stadia striminq oyun xidmətinin “PlayStation 5”-lə rəqabət apara bilməməsi barədə də danışıb.Analitik hesab edir ki, striminq xidmətləri yalnız gələcək nəsil oyun konsolları ilə yarışa biləcək.