Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Analitik, “Apple”-ın 2013-cü ildə “Tesla”-nı almaq planı barədə danışıb

Analitik, “Apple”-ın 2013-cü ildə “Tesla”-nı almaq planı barədə danışıb

183
Paylaş
Elon Musk
Elon Musk

Roth Capital Partners analitiki Craig Irvin bildirib ki, 2013-cü ildə “Apple”, elektromaşın istehsalçısı Tesla-nı aksiya üzrə 240 dollara almaq istəyib. Nəticədə əməliyyat baş tutmayıb, Elon Musk şirkətinin pulu isə hal-hazırda 200 dollardan azdır.

2013-cü ildə “Apple”, “Tesla”-nı almaq həqiqətən də almaq istəyib və aksiya üzrə 240 dollar təklif edib. Bu barədə CNBC efirində Roth Capital  Partners-in analitiki Craig Irvin məlumat verib.

“Bu məlumatı biz  dəqiqliklə yoxlamışıq və mən əminəm ki, ona düzəlişlər edilib. “Apple” “Tesla” üçün öz qiymətini təklif edib”. Irvin əlavə edib ki, o zaman işin sənədləşməyə qədər gedib-gedməməsi barədə isə heç nə bilmir.

“Apple” və “Tesla” CNBC –nin rəylərlə bağlı sorğusuna cavab verməyib.

Irvin-in fikrincə, bu məlumatı nəzərə alsaq, “Tesla”-nın aksiyalarını azaltmağa dəyməz. Analitik deyir: “Əgər “Apple”-ın, doğru qiymətə satın almaq üçün o zaman marağı olubsa, o indi də var olmalıdır”.  O əlavə edib ki, “Apple”-ın avtomobillə bağlı layihəsi gizli olaraq davam etməkdədir – şirkət avtomobil akkumlyatorları ilə əlaqəli nəsə bir şey etmək üçün geniş “quru məkanlar” tikir.

CNBC xatıraldır ki, 2014-cü ildə San Francisco Chronicle, Musk-ın “Apple”-ın birləşmə və satınalma bölməsinin rəhbəri ilə və Tim Cook-la görüşməsindən yazıb. Əgər “Tesla”-nın alınması ilə bağlı əməliyyat baş tutsaydı, o, “Apple” tarixində  ən iri investisiya olmuş olacaqdı – hal-hazırda “Tesla”-nın kapitalizasiyası 34 milyard dollar təşkil edir, “Apple”-ın ən böyük qazancı isə Beats Electronics-i 3 milyard dollara almasıdır.

İlin əvvəlində “Tesla”nın səhmləri 40% ucuzlaşaraq 195 dollara çatıb. Aksiyalar hələ keçən avqustdan düşüblər – həmin vaxt baş direktor Elon Musk “Tesla”-nın aksiyalarını  birjadan götürmək planı və səhmləri, minoritar səhmdarları almaq üçün maliyyələşmə tapması barədə xəbər verib. Bu həftə Morgan Stanley “Tesla”-nın səhmləri ilə bağlı proqnozuna şirkət üçün ən pis tərzdə düzəlişlər edib – indi analitiklər belə proqnoz verirlər ki, “Tesla” minimum olaraq 97 dollar deyil, hər səhmə görə 10 dollar olacaq.