Əsas səhifə Startup Amerikanın taksilərdə reklam yerləşdirilməsi ilə bağlı startapı 30 milyon dollar cəlb edib

Amerikanın taksilərdə reklam yerləşdirilməsi ilə bağlı startapı 30 milyon dollar cəlb edib

119

Şirkətdən təsdiq ediblər ki, maşında reklam lövhəsinin yerləşdirilməsinə görə “Uber” və “Lyft” ayda əlavə 300 dollar alacaqlar.

Amerikanın “Firefly” startapı investorlar qrupundan 30 milyon dollar maliyyələşmə cəlb ediblər.”VentureBeat” şirkətə istinadən yazır ki, A raunduna GV vençur fondu başçılıq edib.

“Firefly” biznesin genişlənməsinə, həmçinin, taksilərdə reklam yerləşdirilməsi ilə məşğul olan Strong Outdoor şirkətindən rəqəmsal kontentin alınmasına görə pul xərcləməyi planlaşdırır. Mətbuatda deyilir ki, bu, startapın Nyu-Yorkda genişlənməsinə təkan verəcək.

Firefly 2017-ci ildə yaradılıb və San-Fransiskoda yerləşir. 2018-ci ilin dekabrında şirkət artıq 21,5 milyon dollar cəlb edib.

Şirkət taksilərdə rəqəmsal reklam tabloları yerləşdirir.Startapın texnologiyası avtomobilin yerini və digər məlumatları analiz edir – bu, konkret ərazidə müəyyən auditoriyaya yönəlmiş reklamı göstərməyə imkan yaradır. “Firefly”-ın məlumatına görə, şirkətin tablosu ayda təxminən 200 milyon baxışı təmin edir.

Startap “Uber” və “Lyft” kimi taksi aqreqatoru sürücüləri ilə əməkdaşlıq edir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here