Qadağaya ZTE, Hikvision , Dahua və Hytera şirkətlərinin məhsulları da düşüb.
ABŞ-ın hökumət müqavilələrinə cavabdeh olan agentliyi beş çin şirkətinin telekommunikasiya avadanlıqlarının federal alışına qadağa ilə bağlı müvəqqəti qaydanı dərc edib.
Aktın qəbulunu əvvəl Tramp administrasiyası elan edib.
Ağ Evin idarəetmə və büdcə ofisinin nümayəndəsi Jacob Wood bildirib ki, administrasiya ölkəmizi xarici əleyhdarlardan qorumaq niyyətindədir. Qadağanın artıq 13 avqustdan qüvvədə olacağı gözlənilir.
Reuters agentliyi bildirir ki, bu qadağa ABŞ-ın Huawei Technologies-ə qarşı genişmiqyaslı fəaliyyətinin bir hissəsidir.