Amerikanın Cherre şirkəti A raundu çərçivəsində 16 mln. dollar cəlb edib. Əsas səhmdar Intel Capital olub. Bundan başqa, Navitas Capital, Carthona Capital, Zigg Capital, Dreamit Ventures və Silicon Valley Bank da səhmdarlar sırasına daxildirlər. Startapın qiyməti və əməliyyatın şərtləri açıqlanmır.
Qeyd edək ki, Cherre daşınmaz əmlakla bağlı məlumatlar toplayan və emal edən şirkətdir. Bunun üçün o, süni zəkadan istifadə edir. İri məlumatlar bazası kimi, onda, 177 milyon daşınmaz əmlak obyektinə və 84 milyon şirkətə məxsus 2 milyarddan çox məlumat vahidləri və 315 mindən çox unikal məlumatlar dəsti var.
Startap, bütün dünya üzrə səhmadarlarla, iri banklarla, sığorta şirkətləri ilə məlumatlar mübadiləsi həyata keçirir.
Venture Beat yazır ki, 2018-ci ildə şirkət artıq 9 mln. dollar cəlb edib.