Bizplus.az xəbər verir ki, Axios-un verdiyi məlumata görə, elektrik samokatların kirayəsi xidməti olan Bird Fidelity firmasının başçılıq etdiyi yeni maliyyələşdirmə raundunu keçirib.
Çox güman ki, Bird, əvvəlki raundun qiymətləndirməsini ($2 milyard) qoruyub saxlaya bilmişdir.
2018-ci ildə “Bird”(Börd) aktiv şəkildə ABŞ-da genişlənmişdir, indi şirkət ABŞ və Avropanın 100-dən çox şəhərində fəaliyyət göstərir. Bəzən xidmət xəbərdarlıq etmədən yeni şəhərlərə gelərək, yerli rəsmilər üçün problem yaradır. Belə bir hal nəticəsində şirkət, hakimiyyət orqanlarının iddiaları səbəbindən Palm Springs-dən çıxmaq məcburiyyətində qalıb.
“Crunchbase”-in məlumatına görə isə, 2017-ci ildə qurulduğu gündən bu yana xidmət dörd rübdə $415 milyon cəlb etmişdir. Son raund 2018-ci ilin iyun ayında keçirilmişdi, həmin raundda şirkət $300 milyon sərmayə əldə edib.