Əsas səhifə Biznes Seçilmiş Amerikanın Bird kirayə xidməti $300 milyon sərmayə cəlb edə bilmişdir

Amerikanın Bird kirayə xidməti $300 milyon sərmayə cəlb edə bilmişdir

141

Bizplus.az xəbər verir ki, Axios-un verdiyi məlumata görə, elektrik samokatların kirayəsi xidməti olan Bird Fidelity firmasının başçılıq etdiyi yeni maliyyələşdirmə raundunu keçirib.

Çox güman ki, Bird, əvvəlki raundun qiymətləndirməsini ($2 milyard) qoruyub saxlaya bilmişdir.

2018-ci ildə “Bird”(Börd) aktiv şəkildə ABŞ-da genişlənmişdir, indi şirkət ABŞ və Avropanın 100-dən çox şəhərində fəaliyyət göstərir. Bəzən xidmət xəbərdarlıq etmədən yeni şəhərlərə gelərək, yerli rəsmilər üçün problem yaradır. Belə bir hal nəticəsində şirkət, hakimiyyət orqanlarının iddiaları səbəbindən Palm Springs-dən çıxmaq məcburiyyətində qalıb.

“Crunchbase”-in məlumatına görə isə, 2017-ci ildə qurulduğu gündən bu yana xidmət dörd rübdə $415 milyon cəlb etmişdir. Son raund 2018-ci ilin iyun ayında keçirilmişdi,  həmin raundda şirkət $300 milyon sərmayə əldə edib.

Rəy bildir

Please enter your comment!
Please enter your name here