Elektrik samokatların icarəsi startapı Bird CDPQ və Sequoia Capital-dan 275 milyon dollar cəlb edib. Yarandığı 2017-ci ildən bəri, sonuncu maliyyə raundu da daxil olmaqla şirkət təxminən 700 milyon dollar cəlb edib.
Qeyd edək ki, Bird-ün ilkin dəyərləndirilməsi 2,5 milyard dollar olub. Forbes-ə görə, raundun nəticələri üzrə dəyərləndirmə 2,8 milyard dollara çatıb. 2019-cu ilin əvvəlində səhmdarlar onu 2 milyard dollar dəyərləndiriblər.
2017-ci ildə yarandıqdan sonra bir ildən bir qədər çox bir zaman ərzində o, artıq 1 milyard dollar dəyərləndirməyə çatmışdı. Bird-ü Uber-in keçmiş top-meneceri Travis Vanderzanden yaradıb.
O, səhmlərin cəlb edilməsini elan edərək bildirb ki, bazar dəyişir. “ Gəlirin həcminin inkişaf edən şirkətlər üçün əsas KPI olduğu günlər arxada qaldı” – Bird-ün qurucusu bildirib. İndi isə, onun sözlərinə görə, vahid iqtisadiyyatın müsbət nəticələrinə can atmaq və hər ayrıca samokatın hansı gəliri gətirməsi ilə məşğul olmaq lazımdır.
The Information qəzeti mənbələrə istinadən, 2019-cu ilin iyulunda yazıb ki, Bird çətinliklər yaşayır: birinci rübdə zərər, ümumi 15 milyon dollar gəlirlə demək olar ki, 100 milyon dollar təşkil edib. Yazda Bird-ün cəmi 100 milyon dollar maliyyə ehtiyatı olub.