Əsas səhifə Biznes Biznes məqalələri Amerikanın ən uğurlu səhmdarlarından birinə çevrilən tennis oyunçusu buna necə nail olub?

Amerikanın ən uğurlu səhmdarlarından birinə çevrilən tennis oyunçusu buna necə nail olub?

79
Paylaş

Keçmiş tennis oyunçusu Orlando Bravo iki dəfə startaplara uğursuz yatırımdan sonra başa düşür ki, yüksək ixtisaslı şirkətlərə sərmayə qoymaq lazımdır. Orada risklər azdır. Strategiya öz nəticələrini verir. Hal-hazırda onun şirkəti Wall Street-də ən çox tələb olunanlardan biridir, 39 mlrd. dollarlıq aktivlərə malikdir, Bravo özü isə milyarderdir.

1985-ci ildə, 15 yaşı olanda o, Mayaquesadan Brandentona gəlir və orada öz ciddi rejimi ilə tanınan tennis akademiyasına daxil olur.

Günortaya kimi dərs məşğələsində olan Bravo günorta  akademiyanın tennis kortuna gəlirdi. Orada saatlarla qızmar günəş altında həmyaşıdları ilə oyun mübarizəsi aparırdı. Gün batanda duş qəbul edib yemək yeyəndən sonra dərs çalışır, sonra isə qaldığı evə gəlirdi. Beləcə bir il ərzində hər gün eyni şeylər təkrarlanır.

Bravo gənc amerikan tennisçilərinin top 40-lığına daxil ola bilir. Bundan sonra ən yüksək zirvəyə çatır. Tennislə məşğul olmağın onun üçün fərqli şəkildə bir gərginlik olduğunu deyirdi.

Amma qələbəyə olan əzm və iradəsi onu çox-çox sonralar özəl kapital aləmində yüksəklərə çıxardı.  Maliyyə sahəsindən uzaq olanlar yəqin ki, 49 yaşlı Bravo-nu tanımırlar, amma o, Wall Street-in ən çox tələb olunan firmasının əsas hərəkətverici qüvvəsidir. Thoma Bravo adlı bu firma 39 mlrd. dollarlıq aktivlərə malikdir.

Fevral ayında Fransanın HEC Paris biznes-məktəbi Dow Jones-lə birlikdə Thoma Bravo-nu dünyanın satınalmalar sahəsində ən uğurlu səhmdarı adına layiq görür. Belə ki, şirkətin fondlara səhmlərdən illik gəliri 30% təşkil edir. Bu göstərici həmin sahə üzrə fəaliyyət göstərən bütün məhşur firmaların nəticələrindən çox yüksəkdir. Bravonun uğurunun sirri ondadır ki, o ancaq proqram təminatı ilə məşğul olan güvənli şirkətlərə yatırım edir. Xüsusən də yüksək rəqabətqabiliyyətli olanlara.

2003-cü ildən bəri Bravo proqram təminatı sahəsində 230 razılıq imzalayıb. Onların ümumi məbləği 68 mlrd. dollardan çox olub. Hal-hazırda isə proqram təminatı üzrə tərtibatçı şirkətlərdən 38-nin portfellərini idarə edir. Onlardan da ildə təxminən 12 mlrd. dollar gəlir qazanır. Əməkdaşlarının sayı isə 40 000-dir. Forbes Bravo və onun bir neçə tərəfdaşına tam məxsus olan firmanı 7 mlrd. dollar dəyərləndirir. Beləcə Bravo həm puerto-rikalı milyarderlər arasında birincilik əldə edir, həm də  Forbes-in 400 ən zəngin amerikalı reytinqində 287-ci yeri tutur.

Hardasa 20 il bundan qabaq Bravo proqram təminatının və özəl səhmlərin fantastik bir seçim olduğunu anlayır və o zamandan bəri başqa heç bir sahəyə heç vaxt yatırım etmir O, Veracode kimi yenilikçi məhsulları olan şirkətlər axtarır və adətən, daimi müştərilər arasında satış həcmi 150 mln. dollardan az olmayan və yüksək ixtisaslı bazarlarda işləyən şirkətlərə yatırım edir. Bravo satınalmadan sonra biznes-proseslər hesabına şirkətin gəlirini iki dəfə artırmağı düşünür.

Hal-hazırda birjalarda sözügedən sahə üzrə 75-dən çox şirkət ticarət aparır. Bütün dünya üzrə səhmdarlar firmanın fondlarına düşməyə can atırlar.

Tennisçi, bankir, maliyyəçi

Orlando Bravo Puerto-Rikoda, liman şəhəri olan Mayaquesdə zəngin bir ailədə anadan olub. Atası və babası balıq biznesi ilə məşğul olublar və Bravo Shipping şirkətinə rəhbərlik ediblər. Ailənin oula ehtiyacı olmayıb və Orlando ilə qardaşı Alexandro özəl məktəblərdə oxuyublar.

Bravo 8 yaşından tennislə məşğul olmağa başlayır. Xatirələrində deyir ki, tennisdə perspektivlərin olması onun xoşuna gəlir.

Orlando tezliklə Puerto-Rikonun ən yaxşı oyunçularından biri olur və bununla da əvvəlcə Bolleteri akademiyasına daxil olur, sonra isə Braun Universitetinin tennis komandasına qoşulur. 1992-ci ildə universiteti Phi Beta Karra tələbə cəmiyyətinə üzvlüklə və iqtisadiyyatla, siyasət üzrə diplomla bitirir. Bu, ona Morgan Stanley-in birləşmə və satınalma bölməsində nüfuzlu analitik mövqeyi qazandırır.

İspan dilini bildiyinə görə, digər analitiklər arxivdə işlədikləri vaxt o, müştərilərlə işləyirdi. Üzərində işlədiyi ilk ən böyük əməliyyat Puert-Rikanın Pueblo Xtra İnternational supermarketlər şəbəkəsinin venesuelalı milyarder Qustavo Sisneros tərəfindən alınması olur. Tezliklə,  o başa düşür ki, bankir olmaq istəmir.

Nəhayət o, Stanford universitetinə yollanır. Onu artıq hüquq fakultəsinə qəbul edirlər, amma o həm də biznes-məktəbə baş çəkmək istəyir. O, tez-tez administrasiyaya zəng edir və nəticədə ona hər iki istiqamətdə təhsil almağa icazə verirlər. 1998-ci ildə universiteti bitirəndən sonra Bravo iş tapa bilmir. Təxminən yüz zəngdən sonra onun rezümesi Karl Tomanın diqqətini çəkir və onlar birləşirlər.

Toma Bravonu San-Fransiskoya göndərir. Orada o yatırım obyektləri tapmalı və firmanın ölkənin həmin ərazisində inkişafını genişləndirməli idi.

Uğursuzluq və onun nəticələri

Bravonun ilk bir neçə əməliyyatı uğursuz olub. O, sayt dizaynı ilə məşğul olan iki startapa yatırım edib. Tərəfdaşlar Bravonun yatırm etdiyi 100 mln. dolların böyük bir hissəsini itirirlər. Onun neft-qaz və telekommunikasiya sahələrinə etdiyi yatırımlar geri ödənilmir.

Amma bu uğursuzluq Bravo və onun tərəfdaşlarını tezliklə milyarder edir. Bravo özü də startaplara yatırım etməsinin səhv olduğunu etiraf edib. Həmin pullara o, şirkətlər ala bilərdi.

2002-ci ildə Prophet 21-i alır və bu onun ilk ən böyük addımı olur.

Sıfırdan başlamaq əvəzinə Bravo, şirkətə rəhbərliyi Çak Boyl-a verir və onunla birlikdə gəlirin artırılması üzərində çalışır. Bravo Boyl-a Faspac şirkətinin alınmasında yardımçı olur. Yeddi alışdan sonra Bravo şirkəti 215 mln. dollara satır və xərclənəni beşqat həcmdə geri qaytarır.

2005-ci ildə Bravo və Toma üç əməkdaş işə götürürlər və onlar hal-hazırda firmanın idarəedici tərəfdaşlarıdırlar.

Maliyyə böhranı zamanı Bravo üçün yeni imkanlar açılır və Thoma Bravo firması da bu vaxt yaranır.

Ardınca milyardlarla dollarlıq silsilə satınalmalar gəlir – Sunnyvale, Blue Coat, Digital İnsight və Herndon. Bravonun nəzarəti altında olan bütün bu şirkətlər iki dəfə bahalaşırlar.

Firmanın tarixində ilk dəfə olaraq yalnız proqram təminatına yatırım edən, 2009-cu ildə yaranmış fond investisiyalardan illik 44% gəlir əldə edir.

Yaxşı işləyən strategiya

Proqram təminatı sahəsində 20 il işləyəndən sonra  Bravo müəyyən qanunauyğunluqların şahidi olur – şirkət prinsipial olaraq yeni məhsul buraxanda satışlar sürətlə çoxalır, sonra isə rəqiblərin sayına görə zəifləyir. Məhz belə bir məqamda baş direktor satışlara təkan vermək üçün tez-tez yeni bazarlar ələ keçirmək və ya xərcləri artırmaq qərarına gəlir. Bu səhvi düzəltmək üçün Bravo və onun on tərəfdaşı proqram təminatı sahəsindən 22 hazırki və keçmiş top-menecerlə birgə işləyirlər. Onlar məsləhətçi kimi çıxış edirdilər.

Kütləvi qovulmalar olur. Bravo deyir ki,  biznesi inkişaf etdirmək üçün irəli hərəkət etməzdən qabaq geriyə addım atmaq lazımdır.

Bravonun 2008-ci ildə 200 mln. dollara aldığı və üç il sonra demək olar ki, 1 mlrd. dollar-dan baha qiymətə satdığı Flexera Software şirkətinin keçmiş baş direktoru Mark Bişof Bravonun uğurunu lakonik olaraq belə qeyd edir : “O, sadəcə boş-boş şeylərə vaxt sərf etmir”. Flexera-nın gəliri Bravonun ona sahib olduğu vaxtlarda  70% artır. Bu, dörd əsas alış sayəsində olur.

Thoma Bravonun nəzarəti altında şirkətlərin pul axını adətən artır, marjinallıq isə 35%-ə çatır: 2018-ci ilə görə bu, proqram təminatı üzrə ictimai tərtibatçı şirkətlərin əksəriyyətindən demək olar ki, üç dəfə çoxdur. Bugünkü bazar bu strategiyaya cavab verir.

2018-ci ildə 13-cü fondlarına toplanan 12,6 mlrd. dollarlıq yeni aktivlərlə Bravo indiki İT-nəhənglərinin bütün bölməsini almağı planlaşdırır. Bravonun 2015-ci ildə 3,6 mlrd. dollara aldığı Riverbed Technology şirkəti satışın azalmasına və hədsiz çox borclara görə çətin dövrlərini yaşayır. Bravo isə sakitdir: “Bugün daha iri və maraqlı şirkətlərin işini on il bundan qabaqkindən fərqli olaraq qaydasına qoymaq mümkündür”.

Vətənə borcunu ödəmək

May ayında Bravo özünün Bravo Family Foundation fonduna 100 mln. dollar köçürəcəyi barədə bildirir. Fondun fəaliyyəti adada sahibkarlığın və iqtisadi inkişafın dəstəyinə yönəlib.

Bravo Family Foundation fondu iki il bundan əvvəl adada baş verən “Mariya” uraqanı sayəsində meydana gəlib. O vaxt Bravo Yaponiyada növbəti iri fonda vəsait cəlb etməklə məşğul idi. O, paytaxtda yaşayan valideynlərini soruşmaq üçün San-Xuana zəng edir. Onlar yaxşı idilər, amma adanın vəziyyəti isə yox.

Beş gün sonra Bravo öz Gulfstream təyyarəsində 500 kq.-lıq yardım yükü ilə köməyə gəlir.

İki həftə keçəndən sonra isə o, daha böyük ölçülü təyyarədə artıq üç tonluq ehtiyat yükü ilə gəlir. Sonra, Bravo Puerto-Rikoya minlərlə kiloqram lazımlı yüklə təchiz olunmuş yük təyyarələri və gəmiləri göndərir. “Bu səhmdarlara soyuq çağırışlar kimi görünürdü” – deyə, Bravo ianə yığımları barədə bildirir. O, təbii fəlakətdən sonrakı bir ayda şəxsən 3 mln. dollar pul qoyur, ümumilikdə isə 10 mln. dollar ianə edib.

Hal-hazırda Puerto-Rikoda əhalinin 44%-i yoxsulluq içində yaşayır, amma Bravo adanın sahibkarlıq potensialına inanır və hər onuncu sakinin öz işini qurmağa cəhd etdiyini təsdiqləyir. Bravonun fondu Puerto-Rikonun İT-sahibkarlarını dəstəkləməyə çalışır. Bravonun sözlərinə görə onun şirkətlərlə bağlı  məqsədi ondan ibarətdir ki, uzunmüddətli strategiya davam etdirilsin və bugün irəli getməyə təkan verən gündəlik fəaliyyət və taktikalarda dəyişikliyə nail olunsun. “İqtisadiyyat ziyan çəkir, şirkətlər öz biznes-planlarını həyata keçirmirlər, məhsullar keyfiyyətdən düşür və insanlar təslim olurlar. Bəs problemin fərqli həll yolunu tapa biləcəyikmi? Bəzi insanlar ilişib qalırlar… bəziləri isə bilməcələri həll etməyi xoşlayırlar. Məncə istənilən əməliyyat problemi həll oluna bilər” – deyə Bravo bildirir.