Əsas səhifə Şirkətlər Amerikanın ən iri süd istehsalçısı “Dean Foods” müflis olub

Amerikanın ən iri süd istehsalçısı “Dean Foods” müflis olub

51

“Dean Foods” süd istehsalçısının səhmləri 2019-cu ildə  80% ucuzlaşıb və şirkət müflis olması barədə bəyanat verib. Bu, inək südünə tələbatın azalmasına görədir, CNN sənədə istinadən yazır.

2019-cu ilin ilk altı ayı ərzində şirkətin satışları 7% enib və 3,638 mlrd. dollar olub. Ümumi marjası isə 14% azalaraq 753,2 mln. dollar olub.  2019-cu ilin ilk yarımilindəxalis zərər 126,7 mln. dollar olub.

Şirkət, nə qədər ki, səhmdarlar alıcı axtarırlar, biznesi yenidən təşkil etmək və əməkdaşların məvaciblərini bərpa etmək üçün iflas barədə bəyanat verib. “Dean Foods”, “Dairy Farmers of America” kooperativi ilə danışıqlar aparır. Müflislik çərçivəsində “Dean Foods” kreditorlardan işin davamı üçün 850 mln. dollar əldə edib.

Qeyd edək ki, son dörd ildə digər alternativ bitki tərkibli içkilərə artan marağa görə adi südə olan tələbat azalıb.

Rəy bildir

Please enter your comment!
Please enter your name here