Şirkətlər hesab edirlər ki, bu yarımçıq qalan problemlərin həllinə kömək edəcək.
Amerikan startapı “Agility Robotics” və “Ford Motor” ikiayaqlı robotlar vasitəsilə çatdırılmanı testdən keçirirlər – onlar pilotsuz avtomobillərdə evlərə gedəcək və sonra göndərişi qapıya qoyacaqlar. Bu barədə “Ford” açıqlama verib.
Testin 2020-ci ilin əvvəlində ABŞ-da keçirilməsi nəzərdə tutulub. Testdə “Ford”-un 100 pilotsuz avtomobilindən istifadə ediləcək.
Şirkət, işıq radarı və bir neçə stereokamera ilə təchiz olunmuş Digit robotunu test edəcək. O 40 funta qədər ( 18 kq-a yaxın ) ağırlıqda olan yükü qaldırır və özü də pilləkənləri qalxıb-enə bilir, nahamr ərazidə hərəkət etmək qabiliyyətinə malikdir və maneələrə rsat gəldikdə isə müvazinətini itirmir.
Yol boyunca robot baqajda yığılmış vəziyyətdə olur. Pilotsuz avtomobil mənzil başına çatanda isə Digit-ə ərazinin detallı xəritəsini və həmçinin, yoldan evə qədər ən yaxşı yol xətti barədə məlumatı ötürür.
Robot maneəyə rast gələrsə bu məlumatları avtomobilə geri qaytara bilər. Maşın öz sistemindən kömək alır və robot üçün yolu təyin edir.
Bu layihəsini “Ford”, robotaksi kommersiya xidməti ilə birlikdə, 2021-ci ildə istifadəyə verməyi düşünür. Bu barədə Bloomberg yazır.
“Agility Robotics” 2015-ci ildə ABŞ-da yaradılıb. Şirkət ikiayaqlı robotlar istehsalı ilə məşğuldur.Yarandığı vaxtdan 8 milyon dollar investisiya cəlb edib.
https://youtu.be/WHWciIxNK2c