Əsas səhifə Biznes sahələri Texnologiya Amerikan şirkəti uşaqlar üçün smart-saat təqdim edib

Amerikan şirkəti uşaqlar üçün smart-saat təqdim edib

83
Paylaş

Amerikanın Sprint şirkəti  WatchMeGo “ağıllı” saatını təqdim edib. Bu saatlar vasitəsilə valideynlər uşaqlarının harda olduğuna nəzarət edə biləcəklər.

Saatlar 4-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Onlar valideynlərin telefonlarındakı tətbiqə səsli və mətn ismarıcları göndərə və onları qəbul edə bilərlər. Saatı daşıyan uşaq “müəyyən təhlükəsizlik zonası”nı, məsələn, məktəbi və ya rayonu tərk edərkən, valideynləri bundan xəbərdar olmaq üçün zəngli siqnal qoyurlar. Saatların həm də valideynlərə təcili xəbərdarlıq siqnalları göndərən SOS düyməsi də var.

144 dollar olan WatchMeGo saatları üçün tarif plan tələb olunur və o da ayda təxminən 10 dollar edir. O, Sprint veb-saytında və pərakəndə mağazalarda keçərlidir. Tətbiqdə uşaqlar üçün oyunlar və tədris proqramlarını özündə daşıyan Kidomi tətbiqi də var. Saatlar, üzərində rəqəmlər olan Gorilla Glass lövhəciyi ilə, 400 mAh  batareya və suyadavamlı korpusla təchiz olunublar.