Amerikalılar artıq biznesmen olmaq istəmir

Date:

Paylaş:

Brookings Institutionsun araşdırmasına görə Amerikada biznes sahəsində son illərdə görülən bir ilk yaşanır. Obamanın prezidentlik dövründən başlayaraq biznes layihələri enişə keçmiş, bu il ən aşağı səviyyəyə düşmüşdür. Araşdırmaya görə Amerikada ilk dəfə olaraq uğursuzluğa məruz qalan start-up’ların sayı, sektora yeni daxil olanların sayından daha çox olub.

Biznesdə uğursuzluğun hər şeyin sonu olmadığı yaxşı bilinir. Biznes şəraitində uğurlu işlər qədər, uğursuz işlərin  olması normaldır, necə deyərlər “uğursuz olursansa deməli nələrsə edirsən”. Bu təbii bir vəziyyətdir. Lakin Amerikada son illərdə yaşanan dəyişikliklər biznesə baxışı dəyişdirir.

Brooking İnstitution, bu məsələ ilə bağlı səbəbləri göstərməyib. Ancaq, Entrpreneur.com’un bəzi təxminləri var.

  • Tənzimləmələr. Amerika hər zaman yenilikçiliyə, texnologiyaya açıq bir yer olması ilə fəxr edir. Lakin Amerikalılar belə düşünmür. Son zamanlar internet azadlığı, sürətdəki artım bu yanaşmanın üzərindən xətt çəkib. Uber kimi xidmətlərin daimi olaraq müxtəlif şikayətlərlə qarşılaşması, Google Glassın trafikdəki istifadəsinin indidən qadağan olunması Amerikalıların innovasiyaya olan inancını zədələyib.
  • Vergilər. Amerika hökuməti son zamanlar vergi məsələsinə xüsusi diqqət ayırır. Zəngin insanlar ilə bağlı yeni vergi qanunları biznes layihələrinə də təsir edir. Biraz çox gəlir əldə etməyə başlayan sahibkar yüksək həcmdə vergilərlə qarşılaşır. Əlavə olaraq böyük şirkətlər vergi qaçaqçılığı iddiaları ilə ittiham olunur.
  • Biznesmen profili. Son zamanlar Amerikadakı şirkətlərdən ölkə daxilində fabrik açmağı istənilir. Dünyaca böyük şirkətlərin mövcudluğuna baxmayaraq işsizliklə bağlı problemləri olan Amerikalılar bu məsələni bəzi fabrikləri ölkə daxilinə yönəldərək məsələni həll etmək istəyirlər. Buna paralel olaraq ölkədə işçilərin aşağı maaşla çalışmağı və gəlir ədalətsizliyi problemi də vardır.

İnnovasiya yaradan, uğur qazanan şirkətlər “elit” təbəqə olaraq görülür. Biznesləri sayəsində uğur qazanan insanlar kapitalist sistemin zalım liderləri kimi qiymətləndirilir. Bu isə bizneslə məşğul olmağın cəmiyyət içərisində hörmətini azaldan bir amildir.

Bütün bunlar yeni iş sahələri yaradaraq Amerikaya töhvə verən biznesmenlərə zərər verir. Amerikanın bundan sonrakı  vəziyyəti haqqında proqnoz vermək çətindir. Amma belə bir vəziyyətdə doğru qərarlar qəbul edərək ölkəmizdəki biznes mühiti yaxşılaşdırıla bilər, yəni qlobal  mənada uğurlu şirkətlər yaradıla və maraqlar ölkəmiz üzərinə cəlb oluna bilər.


©biznesmen.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...