Amerikanın fantastik əsərlər yazıçısı Elana Magden bir il smartfon istifadə etməyəcəyi halda 100 000 dollar qazanacaq. O, Vitaminwate şirkətinin keçirdiyi Scroll Free for a Year yarışmasının yeganə iştirakçısıdır və sınağın bitməsinə onun 4 ayı qalıb. CNN bu barədə xəbər verir.
Yarışın şərtləri
Elana-nı iştirak etmək istəyən 100 000 nəfər arasından seçiblər. Tək şərtləri var və bu da odur ki, o, bir il ərzində smartfon və ya planşet istifadə etməməlidir. Buna görə onun iPhone 5s-ni düyməli Kyocera telefonu ilə əvəz ediblər, onun köməyi ilə ancaq zəng vurmaq və SMS göndərmək olur.
Eyni zamanda, yarışın şərtlərinə görə, yazıçıya həm də noutbuk, kompyuter və Amazon Echo kimi səslə idarə olunan cihazlardan istifadə etməyə icazə verilir. Sınaq müddəti bitdikdən sonra onu yalan yoxlayıcısından keçirəcəklər.
O, demək olar ki, səkkiz ay smartfonsuz qala bilib və bu sınağı həyatının ən yaxşı macəralarından biri adlandırır.
“Smartfondan imtina mənə azadlıq gətirdi və sağlamlıq üçün zərərli olan bəzi vərdişləri görməyimə gətirib çıxardı. İndi həyatımı dəyişmək üzərində çalışıram” – deyə, Elana qəzetə bildirdiyi rəydə deyib.
Smartfonsuz həyatın mənfi tərəfləri
Smartfondan imtina etmək heç də asan olmayıb. Bir dəfə yazıçı hava limanında ilişib qalır, çünki mobil nömrəni düzgün yazmamışdı, onu yoxlamaq və taksi və ya Uber çağırmaq isə mümkün deyildi.
Bir dəfə də gecə vaxtı tanımadığı bir yerdə maşınla gedərkən mühərrikin qaydasında olmaması barədə ismarıc alır və yolda qalır. Smartfonsuz isə xəritə üzrə hərəkət etmək və ya Google-da bu ismarıcın nə bildirdiyinə və ən yaxın avtoxidmət mərkəzinin harada yerləşdiyinə baxmaq olmurdu.
Öz həyatı haqqında şəkil və video paylaşa bilmədiyindən də iştirakçı hərdən özünü dostlardan kənar hiss edib.
Smartfonsuz həyatın müsbət tərəfləri
Mənfi tərəflərinin olmasına baxmayaraq, yazıçının sözlərinə görə smartfondan imtina etməsi onun həyatının ən yaxşı qərarlarından biri olub. Bunun sayəsində o, “The Shadow War Saga” seriyasından olan kitablar üzərində işləməklə uğura imza atıb: ilk kitabın audioversiyasını yazıb, ikincini dərc edib, üçüncünün redaktə işini bitirib.
“Qorxuram ki, smartfonu yenidən əlimə alsam ondan sui-istifadə edib vaxtımı boşuna keçirmiş olacam, gecələr yatmayacam və sosial şəbəkələrdən asılı olacam. Bunlara isə qayıtmaq istəmirəm” – deyə, o bildirir.
meet our official #nophoneforayear contestant…elana!
elana is a young-adult fantasy author who's excited to put down her phone for a year and finish her book series (or at least find more creative ways to procrastinate). give her a follow @dragonspleen. good luck, elana. 📵 pic.twitter.com/2x6AuROeRw
— vitaminwater® (@vitaminwater) February 15, 2019