Əsas səhifə Biznes sahələri Avtomobil Amerikalı proqramçı NULL nömrəsinə görə 12 min dollar cərimə edilib

Amerikalı proqramçı NULL nömrəsinə görə 12 min dollar cərimə edilib

192
Paylaş
Old American licence plates from the 40's

2016-cı ilin sonunda amerikalı proqramçı Joseph Tartaro”NULL” avtomobil nömrəsini qeydiyyatdan keçirir – bəzi proqramlaşdırma dillərində, null, təyin edilməmiş dəyəri ifadə etmək üçün istfadə olunur. Wired yazır ki, Tartaro qaydanı pozanlar haqqında bazanın nömrəni düzgün emal etməyəcəyinə və bununla da cərimədən yayına biləcəyinə ümid edirdi.

2017-ci ildə Tartaro nömrəsini yenidən qeydiyyatdan keçirməli olur. Bu dərhal alınmadı, çünki,  sistem NULL-u nömrə kimi qəbul etmirdi. Buna baxmayaraq Tartaro qeydiyyatı uzada və nömrəni istifadə edə bilib.

2018-ci ilin əvvəlində Tartaro ilk dəfə olaraq qaydanı pozanlar bazasına düşür – 35 dollar cərimə edilir, çünki nömrədə qeydiyyatla bağlı kağız yox idi. Proqramçı fikirləşdi ki, kimsə onu öz maşınına yapışdıra bilər. Cərimənin məbləği çox deyildi və Tartaro onu ödəyir.

Bu hadisədən sonra onun ünvanına fərqli şəhərlərdən və fərqli avtomobillərə çoxlu cərimələr gəlir. Nəşrdə qeyd edilir ki, yəqin ki, proqramçı cəriməni ödəyəndə sistem null-u onun şəxsi məlumatları ilə əlaqələndirib. Və indi də polis əməkdaşı maşının nömrəsini göstərməyi unudanda cərimələr avtomatik olaraq Joseph-in adına göndərilir.

Nəticədə cərimələrin ümumi məbləği 12 min dollara çatır. Tartaro aidiyyatı yerlərlə əlaqə saxlayır və cərimənin yarısını ləğv etdirə bilir. Bundan sonra onun 140 dollar cəriməsi qalır.

Joseph özü qəzetə verdiyi məlumatda bildirib ki, onun nömrədən imtina etmək fikri yoxdur, bu da vəziyyəti daha da dolaşdıra bilər.