Amerikalı milyarder və NeXT Computer-in ilk investoru Ross Pero 89 yaşında vəfat edib

Date:

Paylaş:

Sahibkar bir neçə İT-şirkətin yaradıcısıdır.

Amerikalı milyarder, filantrop və ABŞ prezidentliyinə keçmiş müstəqil namizəd Ross Pero 89 yaşında, Texasdakı evində vəfat edib. Bu barədə Pero ailəsinə istinadən Reuters məlumat verir.

O, leykemiyadan ölüb. Bu xəstəliklə 2019-cu ilin fevralından mübarizə aparırdı.

Henry Ross Pero 1930-cu il 27 iyunda Texas ştatının Teksarkana şəhərində anadan olub.

O, ABŞ Hərbi-dəniz akademiyasında oxuduğu vaxt komputerlərlə ilk dəfə tanış olur.

1962-ci ildə Pero öz şəxsi Electronic Data Systems şirkətini yaradır. EDS komputer avadanlıqları təchizatı və verilənlərlə iş xidməti ilə məşğul olub.

1988-ci ildə Pero Perot Systems şirkətini qurur. O, İT- infrastruktura inkişafı üzrə xidmətlərlə bağlı ixtisaslaşmış bir şirkət olub.

Pero həmdə Steve Jobs-un 1985-cildə əsasını qoyduğu NeXT Computers-in əsas investoru olub. Bu şirkətə Pero 20 milyon dollar yatırım edib.

Pero həmçinin iki dəfə ABŞ prezidentliyinə müstəqil namizəd olub. 1992-ci il seçkilərində o, seçicilərin 18,9% səsini qazanıb. 1996-cı ildə isə 8% səs topladı.

2000-ci ildə Pero siyasəti buraxdı və filantropiya ilə məşğul olmağa başladı. 2019-cu ilin aprelində Forbes jurnalı Peronun mülkünü 4,1 milyard dollar dəyərləndirdi.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...