2020-ci ilin 1 martı, ABŞ-da Covid-2019 koronavirusundan ilk ölüm faktı qeydə alınandan bir gün sonra Met və Noa Kolvin qardaşları mağazadan təxminən 17700 əlləri dezinfeksiya etmək üçün olan sanitar vasitə alıblar. Bu barədə The New York Times məlumat verir.
Met Kolvin Amazon”da 8-70 dollara təxminən 300 qab satır – bu, onların qiymətini bir neçə dəfə artırır. Hələ ilin fevral ayında Kolvin 3,50 dollara 2000 “pandemiya dəsti” almışdı. Dəstə 50 maska, 4 sanitar vasitə və termometr daxil idi. Onları eBay-da 40-50 dollara satır. Ümumi gəliri Kolvin açıqlamır, amma dediyinə görə, yaxşı məbləğdir.
Növbəti gün Amazon Kolvin də daxil olmaqla bir neçə satıcını blok edib, eBay isə platformasında belə satışlara qadağa qoyub.
Amazon nəşrə açıqlamasında bildirib ki, son günlər şirkət koronavirusun yaylması fonunda qiymət artımına görə “minlərlə” satıcını blok etməli, “yüz minlərlə” elanı isə silməli olub.
Xatırladaq ki, bir çox ştatların qanunu fövqəladə vəziyyətlər zamanı qiymət artımını qadağan edir.