Əsas səhifə Xəbərlər Xarici xəbərlər Amerikalı kardioloq patentindən istifadəyə görə “Apple” şirkətini məhkəməyə verib

Amerikalı kardioloq patentindən istifadəyə görə “Apple” şirkətini məhkəməyə verib

47
Paylaş

Həkim-kardioloq Joseph Wiesel “ağıllı” Apple Watch saatlarının onun patentini pozması iddiası ilə məhkəməyə müraciət edib.

Kardioloqun patentində ürək döyüntülərinin tezliyini ölçən sensorun istifadəsindən bəhs edilir. “Apple” şirkəti də öz saatlarında analoji üsuldan istfadə edir: saatdakı yaşıl işıqlar yanıb-sönür, işığı hiss edən fotodiodlar isə nəbzi ölçməyə imkan verən yaşıl işığın həcmini təyin edirlər.

Joseph-in sözlərinə görə, o ilk dəfə “Apple” şirkəti ilə 2017-ci ildə əlaqəsaxlayır və şirkətə öz patenti barədə məlumat verir. Həkim deyir ki, razılığa gəlmək mümkün olmur və buna görə də o iddia irəli sürür.

Qeyd edək ki, kardioloq “Apple”ın onun icadından icazəsiz istifadəni dayandırmasına nail olmaq istəyir. O, həmçinin, gündəlik kompensasiya da tələb edir.

“Apple”dan isə vəziyyətlə bağlı rəy bildirməyiblər.