2019-cu ilin ilk yarısı bitərkən Amerikada ilk dörd ayda ən çox satılan avtomobillərin reytinqi açıqlanıb.
Siyahıya nəzər saldıqda Toyota və Honda-nın açıq-aşkar liderliyi görülür. İlk dördlükdə bu brendlərin hər birinin 2 modeli yer alıb.
Biznes sedan sinfində birinciliyi Toyota Camry, ikinci yeri isə Honda Accord tutub. Sedanlara gəldikdə, liderliyi Honda Civic, ikinciliyi isə Toyota Corolla əldə edib.