Amerika restoranlarının karantinə uyğun biznes strategiyası

Date:

Paylaş:

Amerika restoranlarının sahibkarları karantinə uyğunlaşmaq üçün müxtəlif üsullara əl atıblar: kimisi qida çatdırılması rejiminə keçib, bəziləri isə kiçik mağazalar açıb təchizatçılardan gələn məhsulları satırlar.

ABŞ-ın milli restoranlar assosiasiyası belə proqnoz verib ki, karantin dayandırılmasa yaxın üç ayda seqmentdə satış həcmi 225 mlrd. dollar azalacaq.Bu isə 5-7 milyon iş yerinin itirilməsinə gətirib  çıxaracaq.

Pandemiya səbəbindən bir çox restoranlar müvəqqəti olaraq bağlanmalı və minlərlə əməkdaşını ixtisara salmaq məcburyyətində qalsalar da bəziləri alternativ yollara keçiblər.

Məsələn, Dog Haus Worldwide  restoranlar şəbəkəsi Haus Market adlı ticarət dükanları açıb. Burada şirkət hot-doq və qamburger hazırlanması üçün lazım olan inqredientlər satır.

Restoranın həmtəsisçisi Andre Vener bildirib: “Biznes bu böhrandan keçməlidir. Müştərilərimiz bilməlidirlər ki, ölkədə qida qıtlığı yoxdur. Restoranlar və onların distribütorları o qədər çoxlu sayda ərzağa sahibdirlər ki, onlarla müştərilərimizi təmin etməyin  bir yolunu tapmamaq ayıb olar”.

Bu sıradan, Oqayonun Texas Roadhouse restoranlar şəbəkəsini də misal gətirmək olar. Onlar müştəri qəbulunu dayandırıblar, amma xam ət, kartof və steyklər üçün ədviyyat satışını həyata keçirirlər. Restoran həm də öz brendlərinə məxsus çörək də bişirib satacaq.

ABŞ-da ümumilikdə bir çox restoranlar çöldə ərzaq və hazır yeməklər satmağa başlayıblar. Amma demək olar ki, 30% amerikalı etiraf edib ki, supermarketlərdən olan paketləşdirilmiş qapalı məhsullardan başqa heç bir yerdən ərzaq almaq fikrində deyillər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...